https://sputnik.az/20221009/bahali-evlerin-ucuz-satildigi-yalanina-aldanmayin-hec-polis-de-bu-isbazlara-toxunmur-447230891.html
Bahalı evlərin ucuz satıldığı yalanına aldanmayın: Heç polis də bu işbazlara toxunmur
Bahalı evlərin ucuz satıldığı yalanına aldanmayın: Heç polis də bu işbazlara toxunmur
Sputnik Azərbaycan
Son zamanlar bəzi işbazlar bahalı evləri daha ucuz təklif etməklə pulları mənimsəyirlər. 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T17:00+0400
2022-10-09T17:00+0400
2022-10-09T17:00+0400
ev
cəmiyyət
daşınmaz əmlak
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_0:127:2961:1793_1920x0_80_0_0_2001ad6b25013c28413ee9dca0555125.jpg
BAKI, 9 oktyabr — Sputnik. Bir neçə gün öncə daşınmaz əmlak saytlarında "bahalı evlərin ucuz qiymətə satışı" adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadaraq "beh" alan 1989-cü il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, həmin şəxs ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.E.Hacıyev həmin şəxslə bağlı araşdırmaların davam etdiyini bildirərək vətəndaşlara kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməməyi tövsiyə edib.Bu kimi hallarda aldanmamaq üçün nələrə diqqət etmək lazımdır, yaxud da elan saytlarında özünü makler olaraq tələb edən şəxslərdən hansı əlavə sənədlər tələb olunmalıdır?Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elanlarla bağlı saytlarda hansısa məhdudiyyət yoxdur. Lakin orada müəyyən xanalar var ki, onların doldurulması tələb olunur. Burada elan verən şəxsin email ünvanı, əlaqə nömrələri və digər baza məlumatları qeyd olunur. "Xüsusən də evlərə tələbatın çox olduğu vaxtda bir çox fırıldaqçılar bahalı evləri daha ucuz kirayəyə təklif edirlər. Belə olan halda şəxs daha əvvəldən Bakıya gələ bilmədikdə, onlayn ev axtardıqda, özünü makler kimi təqdim edən şəxslərin tələbi əsasında onlara müəyyən vəsait, yəni "beh" ödəyir. Qarşı tərəf maklerə azı 50 manat ödəyir", - ekspert deyib.O əlavə edib ki, belə halların qarşısını almaq çətindir. Amma çıxış yolu var: "Yaxşı olar ki, elan yerləşdirən şəxslərin hamısından ümumi məlumatlar, hətta şəxsiyyət vəsiqəsinin FİN kodu da tələb olunsun. Bu şəxlsər həmin saytlarda qeydiyyatdan keçərkən başqalarının adına nömrə yaza bilərlər. Müştərinin əlavə sənəd və məlumat tələbləri olmasa, eyni problemlər təkrarlana bilər".Ekspertin fikrincə, yaxşı olar ki, vətəndaş evi mənzilin sahibindən alsın, behi də elə mənzil sahibinin özünə versin. "Ola bilər ki, makler evlə bağlı razılıq versin, lakin ev sahibi bununla razılaşmasın. Bu kimi problemlər, anlaşılmazlıqların olmaması üçün tərəflər arasında müqavilə bağlanmalıdır", - deyə o, əlavə edib.Ekspert Elnur Azadov bu cür halların ildən-ilə artdığını deyib. Onun sözlərinə görə, bəzi işbazlar bu yolla pul qazanırlar, polis isə çox vaxt onların qarşısını almır: "Polislər də bu cür xırda işlərlə pul qazanan işbazların arxasınca düşmürlər. Fırıldaqçılar da bu vəziyyətdən sui-istifadə edirlər".Azadovun sözlərinə görə, bəzən ev sahiblərinin özləri də fırıldağa əl atırlar: ""Evimi təcili evimi satıram" deyib, makler vasitəsilə beh alır, sonra isə ortadan yoxa çıxırlar".Ekspertlər kirayə mənzil, yaxud da satış üçün müraciət edərkən daha çox rəsmi formada sənədləşməyə üstünlük verməyi tövsiyə edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_159:0:2890:2048_1920x0_80_0_0_a8f4073ed8096593f6070ce905cf0941.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ev, daşınmaz əmlak
Bahalı evlərin ucuz satıldığı yalanına aldanmayın: Heç polis də bu işbazlara toxunmur
Son zamanlar bəzi işbazlar bahalı evləri daha ucuz təklif etməklə pulları mənimsəyirlər.
BAKI, 9 oktyabr — Sputnik. Bir neçə gün öncə daşınmaz əmlak saytlarında "bahalı evlərin ucuz qiymətə satışı" adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadaraq "beh" alan 1989-cü il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, həmin şəxs ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.
E.Hacıyev həmin şəxslə bağlı araşdırmaların davam etdiyini bildirərək vətəndaşlara kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməməyi tövsiyə edib.
Bu kimi hallarda aldanmamaq üçün nələrə diqqət etmək lazımdır, yaxud da elan saytlarında özünü makler olaraq tələb edən şəxslərdən hansı əlavə sənədlər tələb olunmalıdır?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elanlarla bağlı saytlarda hansısa məhdudiyyət yoxdur. Lakin orada müəyyən xanalar var ki, onların doldurulması tələb olunur. Burada elan verən şəxsin email ünvanı, əlaqə nömrələri və digər baza məlumatları qeyd olunur.
"Xüsusən də evlərə tələbatın çox olduğu vaxtda bir çox fırıldaqçılar bahalı evləri daha ucuz kirayəyə təklif edirlər. Belə olan halda şəxs daha əvvəldən Bakıya gələ bilmədikdə, onlayn ev axtardıqda, özünü makler kimi təqdim edən şəxslərin tələbi əsasında onlara müəyyən vəsait, yəni "beh" ödəyir. Qarşı tərəf maklerə azı 50 manat ödəyir", - ekspert deyib.
O əlavə edib ki, belə halların qarşısını almaq çətindir. Amma çıxış yolu var: "Yaxşı olar ki, elan yerləşdirən şəxslərin hamısından ümumi məlumatlar, hətta şəxsiyyət vəsiqəsinin FİN kodu da tələb olunsun. Bu şəxlsər həmin saytlarda qeydiyyatdan keçərkən başqalarının adına nömrə yaza bilərlər. Müştərinin əlavə sənəd və məlumat tələbləri olmasa, eyni problemlər təkrarlana bilər".
Ekspertin fikrincə, yaxşı olar ki, vətəndaş evi mənzilin sahibindən alsın, behi də elə mənzil sahibinin özünə versin.
"Ola bilər ki, makler evlə bağlı razılıq versin, lakin ev sahibi bununla razılaşmasın. Bu kimi problemlər, anlaşılmazlıqların olmaması üçün tərəflər arasında müqavilə bağlanmalıdır", - deyə o, əlavə edib.
Ekspert Elnur Azadov bu cür halların ildən-ilə artdığını deyib. Onun sözlərinə görə, bəzi işbazlar bu yolla pul qazanırlar, polis isə çox vaxt onların qarşısını almır:
"Polislər də bu cür xırda işlərlə pul qazanan işbazların arxasınca düşmürlər. Fırıldaqçılar da bu vəziyyətdən sui-istifadə edirlər".
Azadovun sözlərinə görə, bəzən ev sahiblərinin özləri də fırıldağa əl atırlar: ""Evimi təcili evimi satıram" deyib, makler vasitəsilə beh alır, sonra isə ortadan yoxa çıxırlar".
Ekspertlər kirayə mənzil, yaxud da satış üçün müraciət edərkən daha çox rəsmi formada sənədləşməyə üstünlük verməyi tövsiyə edirlər.