https://sputnik.az/20221009/almaniya-yunanistan-ve-slovakiyanin-eli-ile-ukraynaya-tank-verecek-447230533.html
Almaniya Yunanıstan və Slovakiyanın "əli ilə" Ukraynaya tank verəcək
Almaniya Yunanıstan və Slovakiyanın "əli ilə" Ukraynaya tank verəcək
Sputnik Azərbaycan
Ukrayna Silahlı Qüvvələrinə növbəti yardım partiyası çərçivəsində Kiyevə hərbi texnika göndəriləcək. 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T16:04+0400
2022-10-09T16:04+0400
2022-10-09T16:04+0400
tank
dünya xəbərləri
almaniya
ukrayna
"tank"
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/09/447230374_0:0:2889:1626_1920x0_80_0_0_5884a8c2573e4bf8b0c5b5b72d64902e.jpg
BAKI, 9 oktyabr - Sputnik. Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım çərçivəsində Yunanıstan və Slovakiyadan IRIS-T hava hücumundan müdafiə sistemi və 100 tankın Ukraynaya tədarükünü açıq elan edib. Bu barədə məlumatı ABŞ-ın "CNN" telekanalı yayıb.Lambrext Litvaya səfəri zamanı Ukraynaya hava hücumundan müdafiə sistemləri və tankların tezliklə tədarükü ilə bağlı açıqlama verib. Orada o, Litvanın müdafiə naziri Arvidas Anuşauskas və Baltikyanı ölkədə yerləşən alman hərbçiləri ilə görüşlər keçirib.Almaniya Müdafiə Nazirliyinin rəhbəri lazım gəldikdə Litvaya tez bir zamanda yerləşdirilə biləcək yeni briqada yaradılması barədə məlumat verib."Biz ciddi dövrlərdə yaşayırıq və belə vaxtlarda müdafiədə boşluqlarımızın harada olduğunu bilmək də vacibdir. Hava hücumundan müdafiə - hərəkətə keçmək lazım olan sahələrdən biridir", - deyə Lambrext izah edib.Bu yaxınlarda Almaniyanın NATO-dakı daimi nümayəndəsi Rudiger Keniq açıq şəkildə bəyan edib ki, Şimali Atlantika Alyansı, Ukraynaya birbaşa hərbi yardım göstərməməli və Kiyevi silahla təmin etməməlidir. Keniq hesab edir ki, bu cür hərəkətlər Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma üçün ciddi risk yarada bilər.Bununla yanaşı, Keniq vurğulayıb ki, söhbət məhz alyansın birləşdirilmiş yardımından gedir, onun fikrincə, NATO-ya üzv olan bəzi dövlətlərin Kiyev hakimiyyətini hərbi tədarüklə təmin etmək hüququ var. Almaniyanın NATO-dakı daimi nümayəndəsi xəbərdarlıq edir ki, hətta Qərb ölkələrinin belə hərəkətlərinə indi böyük ehtiyatla yanaşmaq lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/09/447230374_158:0:2889:2048_1920x0_80_0_0_092b3eea3a31c7352c14690010e0ccfd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tank, almaniya, ukrayna, "tank"
tank, almaniya, ukrayna, "tank"
Almaniya Yunanıstan və Slovakiyanın "əli ilə" Ukraynaya tank verəcək
Ukrayna Silahlı Qüvvələrinə növbəti yardım partiyası çərçivəsində Kiyevə hərbi texnika göndəriləcək.
BAKI, 9 oktyabr - Sputnik. Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım çərçivəsində Yunanıstan və Slovakiyadan IRIS-T hava hücumundan müdafiə sistemi və 100 tankın Ukraynaya tədarükünü açıq elan edib. Bu barədə məlumatı ABŞ-ın "CNN" telekanalı yayıb.
Lambrext Litvaya səfəri zamanı Ukraynaya hava hücumundan müdafiə sistemləri və tankların tezliklə tədarükü ilə bağlı açıqlama verib. Orada o, Litvanın müdafiə naziri Arvidas Anuşauskas və Baltikyanı ölkədə yerləşən alman hərbçiləri ilə görüşlər keçirib.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri lazım gəldikdə Litvaya tez bir zamanda yerləşdirilə biləcək yeni briqada yaradılması barədə məlumat verib.
"Biz ciddi dövrlərdə yaşayırıq və belə vaxtlarda müdafiədə boşluqlarımızın harada olduğunu bilmək də vacibdir. Hava hücumundan müdafiə - hərəkətə keçmək lazım olan sahələrdən biridir", - deyə Lambrext izah edib.
Bu yaxınlarda Almaniyanın NATO-dakı daimi nümayəndəsi Rudiger Keniq açıq şəkildə bəyan edib ki, Şimali Atlantika Alyansı, Ukraynaya birbaşa hərbi yardım göstərməməli və Kiyevi silahla təmin etməməlidir. Keniq hesab edir ki, bu cür hərəkətlər Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma üçün ciddi risk yarada bilər.
Bununla yanaşı, Keniq vurğulayıb ki, söhbət məhz alyansın birləşdirilmiş yardımından gedir, onun fikrincə, NATO-ya üzv olan bəzi dövlətlərin Kiyev hakimiyyətini hərbi tədarüklə təmin etmək hüququ var. Almaniyanın NATO-dakı daimi nümayəndəsi xəbərdarlıq edir ki, hətta Qərb ölkələrinin belə hərəkətlərinə indi böyük ehtiyatla yanaşmaq lazımdır.