ELM

Alimlər Saturnun peykində mümkün həyatın yeni əlamətlərini aşkar ediblər

Saturn - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
Tədqiqat zamanı alimlər buzaltı okeanın qayaları və sularının qarşılıqlı əlaqə modelini yaradıblar.
BAKI, 9 oktyabr - Sputnik. Çinli alimin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu Saturnun peyki Enseladda olan buzaltı okeanın həyat üçün vacib element olan fosforla zəngin ola biləcəyini irəli sürüb.
Daha əvvəl Amerika Birləşmiş Ştatlarının Milli Elmlər Akademiyasının elmi jurnalı Çin Elm və Texnologiya Universitetinin tədqiqatçısı Hao Jihuanın rəhbərlik etdiyi beynəlxalq alimlər qrupunun apardığı tədqiqatın nəticələrini dərc edib. Mütəxəssislər Saturnun peykindəki okeanın fosforla zəngin ola biləcəyini irəli sürüblər.
Əvvəllər canlı orqanizmlərdə sümüklərin, hüceyrə membranlarının və DNT-nin əvəzsiz elementi olan fosforun olmaması səbəbindən alimlər Enseladın həyat üçün yararsız olduğuna inanırdılar.
Tədqiqat zamanı alimlər buzaltı okeanın qayaları və sularının qarşılıqlı əlaqə modelini yaradıblar.
"Peykdəki okean suyunun yüksək qələvi (çox duzlu) olduğu və oksigensiz olduğu ortaya çıxdı ki, bu da insanların Yer üzündə içdiyi qazlı suyu xatırladır", - Hao Jihua bildirib.
Onun fikrincə, Enselad süxurlarından çıxan fosforun belə “qazlı” okean suyunda həll olması üçün 100 min ildən çox vaxt lazım olacaq. Enceladdakı okeanın 100 milyon ildən çox müddətə mövcud olduğu düşünülür.
"Belə potensial olaraq uzun bir tarixi nəzərə alsaq, okeandakı suyun artıq fosforla zəngin olduğunu güman etmək olar", - alim deyib.
Daha əvvəl "Kassini" kosmik zondundan istifadə edərək, Saturnun peyki Enseladda həyatın yaranması üçün uyğun şərtlərin mövcud ola biləcəyini göstərən məlumatlar əldə edilmişdi.
Xəbər lenti
0