https://sputnik.az/20221009/abs-prezidenti-ve-almaniya-kansleri-rusiyaya-qarsi-birge-addimlari-muzakire-edibler-447242308.html
ABŞ Prezidenti və Almaniya kansleri Rusiyaya qarşı birgə addımları müzakirə ediblər
ABŞ Prezidenti və Almaniya kansleri Rusiyaya qarşı birgə addımları müzakirə ediblər
Sputnik Azərbaycan
Şols və Bayden telefon söhbətində G7 və G20-yə hazırlıqları, Ukraynanı və "Şimal axını"na hücumları müzakirəyə çıxarıblar. 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T23:20+0400
2022-10-09T23:20+0400
2022-10-09T23:36+0400
dünya xəbərləri
co bayden
abş prezidenti co bayden
almaniya
almaniya kansleri
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445499824_0:160:3072:1888_1920x0_80_0_0_7a31175cecdf637f1a7c29e5fd1f44c3.jpg
BAKI, 9 oktyabr - Sputnik. Almaniya kansleri Olaf Şoltsla ABŞ Prezidenti Cozef Bayden telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəliblər.Bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.Məlumatda qeyd edilir ki, liderlər Donbasda keçirilən "referendumlar"ı pisləyiblər.Bayden və Şolts danışıqlar zamanı bununla bağlı BMT Nizamnaməsinin prinsiplərinin ciddi şəkildə pozulmasına işarə ediblər.Tərəflər, həmçinin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və silahlı qüvvələrini Ukraynanın bütün ərazisindən tamamilə çıxarmağa çağırıblar. Onlar vurğulayıblar ki, Birləşmiş Ştatlarla Almaniya suverenlik və ərazi bütövlüyü uğrunda Ukraynanı dəstəkləməyə davam edəcək.Almaniya kansleri Olaf Şolt və ABŞ prezidenti Co Bayden bazar günü telefon danışığı zamanı G7 və G20-yə hazırlığı, həmçinin Ukraynadakı münaqişənin nəticələrini və Şimal axınında təxribatı da müzakirə ediblər.Bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib. "Bu gün günortadan sonra kansler Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefonla danışdı. Bir saatdan az davam edən söhbət Rusiyanın Ukraynaya müdaxiləsini və Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrini aradan qaldırmağı müzakirə edəcək G7 və G20-nin qarşıdakı görüşlərinə hazırlıqlara həsr olunub", - bəyanatda deyilir.Şolts və Bayden həmçinin “münaqişənin gərginləşməsini” pisləyiblər. “Moskvanın nüvə silahı ilə bağlı hədələyici jestlərini” tənqid edib, onları “məsuliyyətsizlik” adlandırıblar. Qeyd ediblər ki, bu, Rusiya üçün son dərəcə ciddi nəticələrə gətirib çıxaracaq. Onlar Rusiyanın “artan beynəlxalq təcridindən” də danışıblar. Bundan əlavə, ABŞ və Almaniya liderləri yenidən Ukraynaya dəstəyini, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəklərini bəyan ediblər.Bundan əlavə, Almaniya kansleri və ABŞ prezidenti “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə qarşı təxribatları pisləyiblər. Bildiriblər ki, kritik infrastrukturun məqsədyönlü şəkildə pozulması “qəbuledilməzdir” və cavab tədbirləri görülməsinə səbəb olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445499824_171:0:2902:2048_1920x0_80_0_0_fca3b8636050855b688575c6a798ebe1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, abş prezidenti co bayden, almaniya, almaniya kansleri, ukrayna, rusiya
co bayden, abş prezidenti co bayden, almaniya, almaniya kansleri, ukrayna, rusiya
ABŞ Prezidenti və Almaniya kansleri Rusiyaya qarşı birgə addımları müzakirə ediblər
23:20 09.10.2022 (Yenilənib: 23:36 09.10.2022) Şols və Bayden telefon söhbətində G7 və G20-yə hazırlıqları, Ukraynanı və "Şimal axını"na hücumları müzakirəyə çıxarıblar.
BAKI, 9 oktyabr - Sputnik. Almaniya kansleri Olaf Şoltsla ABŞ Prezidenti Cozef Bayden telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəliblər.
Bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, liderlər Donbasda keçirilən "referendumlar"ı pisləyiblər.
Bayden və Şolts danışıqlar zamanı bununla bağlı BMT Nizamnaməsinin prinsiplərinin ciddi şəkildə pozulmasına işarə ediblər.
Tərəflər, həmçinin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və silahlı qüvvələrini Ukraynanın bütün ərazisindən tamamilə çıxarmağa çağırıblar. Onlar vurğulayıblar ki, Birləşmiş Ştatlarla Almaniya suverenlik və ərazi bütövlüyü uğrunda Ukraynanı dəstəkləməyə davam edəcək.
Almaniya kansleri Olaf Şolt və ABŞ prezidenti Co Bayden bazar günü telefon danışığı zamanı G7 və G20-yə hazırlığı, həmçinin Ukraynadakı münaqişənin nəticələrini və Şimal axınında təxribatı da müzakirə ediblər.
Bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.
"Bu gün günortadan sonra kansler Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefonla danışdı. Bir saatdan az davam edən söhbət Rusiyanın Ukraynaya müdaxiləsini və Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrini aradan qaldırmağı müzakirə edəcək G7 və G20-nin qarşıdakı görüşlərinə hazırlıqlara həsr olunub", - bəyanatda deyilir.
Şolts və Bayden həmçinin “münaqişənin gərginləşməsini” pisləyiblər. “Moskvanın nüvə silahı ilə bağlı hədələyici jestlərini” tənqid edib, onları “məsuliyyətsizlik” adlandırıblar. Qeyd ediblər ki, bu, Rusiya üçün son dərəcə ciddi nəticələrə gətirib çıxaracaq.
Onlar Rusiyanın “artan beynəlxalq təcridindən” də danışıblar.
Bundan əlavə, ABŞ və Almaniya liderləri yenidən Ukraynaya dəstəyini, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəklərini bəyan ediblər.
Bundan əlavə, Almaniya kansleri və ABŞ prezidenti “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə qarşı təxribatları pisləyiblər. Bildiriblər ki, kritik infrastrukturun məqsədyönlü şəkildə pozulması “qəbuledilməzdir” və cavab tədbirləri görülməsinə səbəb olacaq.