NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft kəskin bahalaşdı

© AP Photo / Eric GayNeft quyusu, arxiv şəkli
Neft quyusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Bu həftə neft qiymətlərində mart ayından bəri ən sürətli yüksəliş qeydə alınıb. “OPEC plus”un aqressiv hasilatı azaltma qərarı neft qiymətlərini yüksəldir
BAKI, 8 oktyabr-Sputnik. Dünya bazarlarında neft qiymətləri kəskin bahalaşıb. London birjasında “Brent” neftinin dəyəri 3,71% və ya 3,5 dollar artaraq 1 barelə görə 97.92 dollara yüksəlib.
Nyu-York birjasında "WTI" markalı neftin qiyməti 4,74% və ya 4,19 dollar artaraq 92.64 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,1% və ya 3,09 dollar artaraq 102,44 dollar təşkil edib.
Qeyd edək ki, bu həftə neft qiymətlərində mart ayından bəri ən sürətli yüksəliş qeydə alınıb. “OPEC plus”un aqressiv hasilatı azaltma qərarı neft qiymətlərini yüksəldir.
Bu həftə OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barel azaldılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Koalisiya bu qərarını qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində neft qiymətlərindəki enişlə əlaqələndirib.
“Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.
“OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Xəbər lenti
0