https://sputnik.az/20221008/hekim-alkoqol-istifadesi-ve-tutuncekme-infarkta-sebeb-olur-447196552.html
Həkim: Alkoqol istifadəsi və tütünçəkmə infarkta səbəb olur
Həkim: Alkoqol istifadəsi və tütünçəkmə infarkta səbəb olur
Sputnik Azərbaycan
Alkoqol istifadəsi və tütünçəkmə, orqanizmdə, ürək-damar sistemimizdə genişmiqyaslı dəyişkənlik törədir. Daha çox ürək damarının divarında daralmalara səbəb... 08.10.2022, Sputnik Azərbaycan
2022-10-08T08:47+0400
2022-10-08T08:47+0400
2022-10-08T09:45+0400
səhiyyə
həkim
https://cdnn1.img.sputnik.az/img/41730/42/417304224_0:208:2000:1333_1920x0_80_0_0_61b9b74696ee805da728718a6b67e094.jpg
Alkoqol istifadəsi və tütünçəkmə, orqanizmdə, ürək-damar sistemimizdə genişmiqyaslı dəyişkənlik törədir. Daha çox ürək damarının divarında daralmalara səbəb olur. Bu isə gələcəkdə miokard infarktı və insultların inkişafına gətirib çıxarır. Bu, təbii ki, orqanizm üçün təhlükəlidir. Daralmış damar tamamən tutulduqda, hətta ölümə də gətirib çıxarır. Yəni, ürək qəflətən dayanır.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov deyib.Onun sözlərinə görə, alkoqol və tütünçəkmənin yaratdığı ağır hallardan biri də insultlardır: "Buna el arasında iflic deyirlər. Yəni, əllərin, ayaqların iflicinə, nitq pozulmasına gətirib çıxarır. Odur ki, hər kəs özünü qorumalı, zərərli vərdişlərdən tamamilə imtina etməlidir. Bununla yanaşı, qidalanmaya da diqqət edilməli, çox yağlı, duzlu qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Heç kəs özünə laqeyd qalmamalıdır. Bütün bunlarla bərabər, ən azı ildə iki dəfə müayinələrdən keçmək tövsiyə olunur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41730/42/417304224_223:0:2000:1333_1920x0_80_0_0_149bc34efd1193dd22bc60355928b3e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim
Həkim: Alkoqol istifadəsi və tütünçəkmə infarkta səbəb olur
08:47 08.10.2022 (Yenilənib: 09:45 08.10.2022) Alkoqol istifadəsi və tütünçəkmə, orqanizmdə, ürək-damar sistemimizdə genişmiqyaslı dəyişkənlik törədir. Daha çox ürək damarının divarında daralmalara səbəb olur. Bu isə gələcəkdə miokard infarktı və insultların inkişafına gətirib çıxarır. Bu, təbii ki, orqanizm üçün təhlükəlidir. Daralmış damar tamamən tutulduqda, hətta ölümə də gətirib çıxarır. Yəni, ürək qəflətən dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov deyib.
Onun sözlərinə görə, alkoqol və tütünçəkmənin yaratdığı ağır hallardan biri də insultlardır: "Buna el arasında iflic deyirlər. Yəni, əllərin, ayaqların iflicinə, nitq pozulmasına gətirib çıxarır. Odur ki, hər kəs özünü qorumalı, zərərli vərdişlərdən tamamilə imtina etməlidir. Bununla yanaşı, qidalanmaya da diqqət edilməli, çox yağlı, duzlu qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Heç kəs özünə laqeyd qalmamalıdır. Bütün bunlarla bərabər, ən azı ildə iki dəfə müayinələrdən keçmək tövsiyə olunur".