Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Füzuli rayonunda traktor minaya düşüb

© Sputnik / Emin AlisahibMinaya düşmüş traktor, arxiv şəkli
Minaya düşmüş traktor, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Bu gün Füzuli-Ağdam yolu istiqamətində də minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
BAKI, 8 oktyabr - Sputnik. İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, partlayış nəticəsində traktora ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərə görə, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu, 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu və 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu xəsarət alıb.
Xəbər lenti
0