Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənilərin basdırdığı daha bir mina - daha iki əlil - Yenilənib

© Photo : REPORTDöyüş sursatının partlaması, arxiv şəkli
Döyüş sursatının partlaması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Hadisə nəticəsində xəsarət alan iki vətəndaşın bir ayağı diz nahiyesindən amputasiya edilib.
BAKI, 8 oktyabr - Sputnik. Bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərə görə, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu, 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu və 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu xəsarət alıb.
Zərərçəkən şəxslər Bərdə rayon xəstəxanasına yerləşdirilib. Əliyev Ramin Əmir oğlu və Nəcəfov Pərviz Sozalı oğlunun bir ayağı diz nahiyesindən amputasiya edilib.
Abdulxalıqov Səxavət Ələddin oğlu isə sağ əlindən yüngül xəsarət alıb.

"Bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırırıq", - məlumatda deyilir.

Qeyd edək ki, hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.
Xəbər lenti
0