https://sputnik.az/20221008/cinin-valyuta-ehtiyatlari-yuanin-zeiflemesi-fonunda-azalib-447209406.html
Çinin valyuta ehtiyatları yuanın zəifləməsi fonunda azalıb
Çinin valyuta ehtiyatları yuanın zəifləməsi fonunda azalıb
Sputnik Azərbaycan
Çin valyutası ilin əvvəlindən bəri 10 faizdən bir qədər çox ucuzlaşıb. Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir. 08.10.2022, Sputnik Azərbaycan
2022-10-08T17:51+0400
2022-10-08T17:51+0400
2022-10-08T17:52+0400
çin
dünya xəbərləri
valyuta
yuan
https://cdnn1.img.sputnik.az/img/42230/48/422304837_0:319:3072:2047_1920x0_80_0_0_ded10f881192ab3134f310fc14acd252.jpg
BAKI, 8 oktyabr-Sputnik. Çinin xarici valyuta ehtiyatları sentyabrda 25,9 milyard ABŞ dolları azalaraq, 3,029 milyard dollara düşüb.Bu barədə Çinin Xarici Valyuta Administrasiyası məlumat yayıb. Qurum ölkədən valyuta axınının sabit olduğunu, yerli bazarda xarici valyutaya tələb və təklif arasında tarazlığın təmin olunduğunu açıqlayıb.Çinin xarici valyuta ehtiyatlarının azalması mili valyuta olan yuanın məzənnəsinin son aylar ABŞ dollarına nisbətdə zəifləməsi fonunda baş verir. Belə ki, sentyabrın 28-də birjalarda yuanın ofşor məzənnəsi 1 ABŞ dolları - 7,2387 yuan səviyyəsində olub. Bu, 2010-cu ildən bəri ən aşağı məzənnədir. Çinin daxili bazarında yuanın məzənnəsi isə sentyabrın sonunda son 14 ilin ən aşağı həddinə düşüb. Çin valyutası ilin əvvəlindən bəri 10 faizdən bir qədər çox ucuzlaşıb.Xarici ekspertlər yuanın məzənnəsinin zəifləməsini COVID-19-a qarşı mübarizə tədbirlərinin, o cümlədən maliyyə və biznes mərkəzi olan Şanxay kimi iri şəhərlərdə ötən aylarda tətbiq olunan sərt qapanma rejiminin iqtisadi fəallığa mənfi təsirləri, habelə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sentyabrın 21-də 0,75 faiz artırması, habelə xaricə valyuta axını ilə əlaqələndirirlər.Qeyd olunur ki, yuana təzyiqlər yerli və xarici faiz dərəcələri arasında fərqin böyüməsi fonunda baş verir. Bir neçə gün əvvəl Çinin mərkəzi bankı il ərzində ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb.Bu addım ölkə iqtisadiyyatının artımını dəstəkləmək məqsədi daşıyır. Yuanın xarici valyutalara nisbətdə zəifləməsinin iqtisadi inkişafın azalması ilə mübarizəni və ixracı stimullaşdırıcağını bildirən ekspertlər ilin sonunadək Çin valyutasının 1 ABŞ dollarına qarşı 7,5 yuan səviyyəsinə enə biləcəyini də proqnozlaşdırırlar.Dünya Bankı cari il üçün Çinin iqtisadi inkişafını 2,8 faiz səviyyəsində proqnozlaşdırıb. Əgər bu baş verərsə, COVID-19 pandemiyasının Çindəki qızğın dövrü hesab edilən 2020-ci il istisna olmaqla (2,24 faiz), son 45 ilin ən aşağı göstəricisi olacaq.Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42230/48/422304837_194:0:2923:2047_1920x0_80_0_0_5ef662fe3d7b0424a8c3cb57b4f1b96c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
çin, valyuta, yuan
Çinin valyuta ehtiyatları yuanın zəifləməsi fonunda azalıb
17:51 08.10.2022 (Yenilənib: 17:52 08.10.2022) Çin valyutası ilin əvvəlindən bəri 10 faizdən bir qədər çox ucuzlaşıb. Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.
BAKI, 8 oktyabr-Sputnik. Çinin xarici valyuta ehtiyatları sentyabrda 25,9 milyard ABŞ dolları azalaraq, 3,029 milyard dollara düşüb.
Bu barədə Çinin Xarici Valyuta Administrasiyası məlumat yayıb. Qurum ölkədən valyuta axınının sabit olduğunu, yerli bazarda xarici valyutaya tələb və təklif arasında tarazlığın təmin olunduğunu açıqlayıb.
Çinin xarici valyuta ehtiyatlarının azalması mili valyuta olan yuanın məzənnəsinin son aylar ABŞ dollarına nisbətdə zəifləməsi fonunda baş verir. Belə ki, sentyabrın 28-də birjalarda yuanın ofşor məzənnəsi 1 ABŞ dolları - 7,2387 yuan səviyyəsində olub. Bu, 2010-cu ildən bəri ən aşağı məzənnədir. Çinin daxili bazarında yuanın məzənnəsi isə sentyabrın sonunda son 14 ilin ən aşağı həddinə düşüb. Çin valyutası ilin əvvəlindən bəri 10 faizdən bir qədər çox ucuzlaşıb.
Xarici ekspertlər yuanın məzənnəsinin zəifləməsini COVID-19-a qarşı mübarizə tədbirlərinin, o cümlədən maliyyə və biznes mərkəzi olan Şanxay kimi iri şəhərlərdə ötən aylarda tətbiq olunan sərt qapanma rejiminin iqtisadi fəallığa mənfi təsirləri, habelə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sentyabrın 21-də 0,75 faiz artırması, habelə xaricə valyuta axını ilə əlaqələndirirlər.
Qeyd olunur ki, yuana təzyiqlər yerli və xarici faiz dərəcələri arasında fərqin böyüməsi fonunda baş verir. Bir neçə gün əvvəl Çinin mərkəzi bankı il ərzində ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb.
Bu addım ölkə iqtisadiyyatının artımını dəstəkləmək məqsədi daşıyır. Yuanın xarici valyutalara nisbətdə zəifləməsinin iqtisadi inkişafın azalması ilə mübarizəni və ixracı stimullaşdırıcağını bildirən ekspertlər ilin sonunadək Çin valyutasının 1 ABŞ dollarına qarşı 7,5 yuan səviyyəsinə enə biləcəyini də proqnozlaşdırırlar.
Dünya Bankı cari il üçün Çinin iqtisadi inkişafını 2,8 faiz səviyyəsində proqnozlaşdırıb. Əgər bu baş verərsə, COVID-19 pandemiyasının Çindəki qızğın dövrü hesab edilən 2020-ci il istisna olmaqla (2,24 faiz), son 45 ilin ən aşağı göstəricisi olacaq.
Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.