https://sputnik.az/20221008/azerbaycanli-deputatlar-aspa-nin-payiz-sessiyasinda-istirak-edecekler-447201090.html
Azərbaycanlı deputatlar AŞPA-nın payız sessiyasında iştirak edəcəklər
Azərbaycanlı deputatlar AŞPA-nın payız sessiyasında iştirak edəcəklər
Sputnik Azərbaycan
Sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son... 08.10.2022, Sputnik Azərbaycan
2022-10-08T19:53+0400
2022-10-08T19:53+0400
2022-10-08T19:57+0400
aşpa
azərbaycan xəbərləri
milli məclis
strasburq
https://cdnn1.img.sputnik.az/img/40854/95/408549521_0:260:4929:3032_1920x0_80_0_0_f23be3601c5731850ce221031321f566.jpg
BAKI, 8 oktyabr-Sputnik. Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcəklər. Bu barədə Milli Məclisdən məlumat verilib.Sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.Nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər. Səfər oktyabrın 16-da başa çatacaq.Qeyd edək ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2022-ci il payız sessiyası oktyabrın 10-dan 14-dək keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40854/95/408549521_132:0:4505:3280_1920x0_80_0_0_c7263a04352fd0f93816f0cb8f7f6a58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
aşpa, milli məclis, strasburq
aşpa, milli məclis, strasburq
Azərbaycanlı deputatlar AŞPA-nın payız sessiyasında iştirak edəcəklər
19:53 08.10.2022 (Yenilənib: 19:57 08.10.2022) Sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması və digər məsələlərə baxılacaq
BAKI, 8 oktyabr-Sputnik. Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcəklər. Bu barədə Milli Məclisdən məlumat verilib.
Sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.
Nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər. Səfər oktyabrın 16-da başa çatacaq.
Qeyd edək ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2022-ci il payız sessiyası oktyabrın 10-dan 14-dək keçiriləcək.