https://sputnik.az/20221008/azerbaycanin-energetika-naziri-gurcustanin-bas-naziri-ile-gorusub-447209200.html
Azərbaycanın energetika naziri Gürcüstanın Baş naziri ilə görüşüb
Azərbaycanın energetika naziri Gürcüstanın Baş naziri ilə görüşüb
Sputnik Azərbaycan
Gürcüstanın Baş naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi... 08.10.2022, Sputnik Azərbaycan
2022-10-08T15:43+0400
2022-10-08T15:43+0400
2022-10-08T15:43+0400
energetika naziri pərviz şahbazov
azərbaycan xəbərləri
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/08/447209047_0:0:1000:563_1920x0_80_0_0_a30bde79e15872fbde357dce4a1b3745.jpg
BAKI, 8 oktyabr-Sputnik. Tbilisidə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, o cümlədən nəqliyyat və enerji sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.Söhbət zamanı Gürcüstanın Azərbaycanla enerji təhlükəsizliyi istiqamətində regional əməkdaşlığı dərinləşdirməyə hazır olduğu vurğulanıb.Etibarlı tranzit tərəfdaşı kimi Gürcüstanın bundan sonra da nəqliyyat layihələrinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verəcəyi ifadə edilib. Bu strateji layihələrin həyata keçirilməsinin Xəzər və Qara dənizlər vasitəsilə Asiyadan Avropaya yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracağı vurğulanıb.Gürcüstanın Baş naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini qeyd edib.Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstana səfəri çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.Görüşdə uzunillik tarixə malik Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan təməllər üzərində inkişafından məmnunluq ifadə edilib.Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərində əsas rolun məhz enerji əməkdaşlığına məxsus olduğu qeyd edilib. Birgə həyata keçirilən Bakı-Supsa, BTC və Cənubi Qafqaz Boru Kəməri kimi neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətindən bəhs edilib. İki ölkənin enerji əməkdaşlığının müasir mərhələdə inkişafı üçün elektrik enerjisi sahəsində imkanlar nəzərdən keçirilib.Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan nazir Pərviz Şahbazov bu xüsusda Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib.Nazir deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrimizin davamı olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək. Bu layihənin gerçəkləşməsinə Azərbaycanın Xəzər dənizindəki nəhəng külək enerjisi potensialı, irihəcmli istehsal güclərinin yaradılması ilə bağlı atılan addımlar, həmçinin Avropa İttifaqı və Dünya Bankının dəstəyi təminat yaradır.Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə deyib ki, bu, Gürcüstan üçün tarixi layihədir və ölkəsi Qara dəniz sualtı elektrik xətti vasitəsilə yeni əməkdaşlıq formatının yaradılmasına hazırdır.Görüşdə, həmçinin elektrik enerjisinin ixracı və tranzitinin artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bərpa olunan enerji, hidrogen və digər bir sıra istiqamətlərdə enerji əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb.Qeyd edək ki, oktyabrın 7-də energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə Tbilisiyə səfər edib. Nazirin Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanları müzakirə ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/08/447209047_100:0:912:609_1920x0_80_0_0_97db42128db676367d4df51823a78c1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
energetika naziri pərviz şahbazov, gürcüstan
energetika naziri pərviz şahbazov, gürcüstan
Azərbaycanın energetika naziri Gürcüstanın Baş naziri ilə görüşüb
Gürcüstanın Baş naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini qeyd edib.
BAKI, 8 oktyabr-Sputnik. Tbilisidə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, o cümlədən nəqliyyat və enerji sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Söhbət zamanı Gürcüstanın Azərbaycanla enerji təhlükəsizliyi istiqamətində regional əməkdaşlığı dərinləşdirməyə hazır olduğu vurğulanıb.
Etibarlı tranzit tərəfdaşı kimi Gürcüstanın bundan sonra da nəqliyyat layihələrinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verəcəyi ifadə edilib. Bu strateji layihələrin həyata keçirilməsinin Xəzər və Qara dənizlər vasitəsilə Asiyadan Avropaya yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracağı vurğulanıb.
Gürcüstanın Baş naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini qeyd edib.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Gürcüstana səfəri çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Görüşdə uzunillik tarixə malik Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan təməllər üzərində inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərində əsas rolun məhz enerji əməkdaşlığına məxsus olduğu qeyd edilib. Birgə həyata keçirilən Bakı-Supsa, BTC və Cənubi Qafqaz Boru Kəməri kimi neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətindən bəhs edilib. İki ölkənin enerji əməkdaşlığının müasir mərhələdə inkişafı üçün elektrik enerjisi sahəsində imkanlar nəzərdən keçirilib.
Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayan nazir Pərviz Şahbazov bu xüsusda Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib.
Nazir deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrimizin davamı olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək. Bu layihənin gerçəkləşməsinə Azərbaycanın Xəzər dənizindəki nəhəng külək enerjisi potensialı, irihəcmli istehsal güclərinin yaradılması ilə bağlı atılan addımlar, həmçinin Avropa İttifaqı və Dünya Bankının dəstəyi təminat yaradır.
Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə deyib ki, bu, Gürcüstan üçün tarixi layihədir və ölkəsi Qara dəniz sualtı elektrik xətti vasitəsilə yeni əməkdaşlıq formatının yaradılmasına hazırdır.
Görüşdə, həmçinin elektrik enerjisinin ixracı və tranzitinin artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bərpa olunan enerji, hidrogen və digər bir sıra istiqamətlərdə enerji əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 7-də energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə Tbilisiyə səfər edib. Nazirin Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanları müzakirə ediləcək.