DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycan Avropada qışlayan quşların sayına görə üçüncü-dördüncü yerləri tutur

© AP Photo / Jorge SaenzQuşlar, arxiv şəkli
Quşlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Bu gün Beynəlxalq Köçəri Quşlar Günüdür. Beynəlxalq Köçəri Quşlar Gününün builki şüarı “Gecə köçəri quşlar üçün işıqları zəiflədin”dir.
BAKI, 8 oktyabr-Sputnik. Bu gün Beynəlxalq Köçəri Quşlar Günüdür. Həmin gün 2006-cı ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayram kimi qeyd olunur. Beynəlxalq Köçəri Quşlar Günü ildə iki dəfə - mayın və oktyabrın ikinci şənbə günü qeyd edilir.
Bir çox ölkələrdə, həmçinin Kanada və ABŞ-da hər il mayın 10-11-də keçirilir. Amerikalı ornitoloqlar tərəfindən 1993-cü ildən etibarən bu gün bayram edilir. 1906-cı ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub.
Günün əsas məqsədi dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.
Dünyada 11 min quş növündən təxminən 1800-ü hər il böyük məsafələr qət edir. Yolboyu onlar üçün bir çox təhlükələr mövcuddur. Kənd təsərrüfatında dəyişikliklər və qlobal istiləşmə ilə əlaqədar yaşayış yerlərinin itirilməsi, habelə brakonyerliyin artması köçəri quşların sayının azalmasına səbəb olur. Onların miqrasiya yolunda çoxlu ölkələr var, ona görə də problemləri ancaq birlikdə həll etmək olar.
Beynəlxalq Köçəri Quşlar Gününün builki şüarı “Gecə köçəri quşlar üçün işıqları zəiflədin”dir.
Azərbaycanda qışlayan quşların sayı 800 mindən çoxdur. Reallıqda isə bu rəqəm bir milyonu ötür. Mütəxəssislər tərəfindən quşların sayının araşdırılması aparıldığı zaman ölkədə bu il təkcə 110 min bəzgək quşu qeydə alınıb. Qızılağac Milli Parkında 200 min, Abşeron Milli Parkında isə 160 min quşun qışlaması müşahidə edilib. Əvvəllər Abşeron Milli Parkında 30 mindən çox quş qışlayırdısa, bu il bu göstərici xeyli artıb.
Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerləri tutur. Hollandiya və İngiltərədən sonra Azərbaycan Türkiyə ilə növbəti pillələrdə qərarlaşıb. Bu da Kür-Araz ovalığı, Xəzərin sahilində unikal yerlərin, çoxlu sututarlarının olması və bu yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır.
Xəbər lenti
0