Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

ADİU təkrar ali təhsil üçün sənəd qəbulunun vaxtını uzadıb

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra sənədlərini universitetə təqdim edə bilərlər.
BAKI, 8 oktyabr - Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb.
Universitetdən Azərtac-a verilən məlumata görə, bakalavriat pilləsində ümumilikdə 22 ixtisas üzrə təkrar ali təhsil üçün ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir.
Bildirilib ki, universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə aparılır.
Qəbul olmaq istəyənlər sənədlərini yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Xəbər lenti
0