Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti yay ab-havalı klipini sevənlərinə təqdim etdi - VİDEO

© Photo : Instagram / royaofficialRöya Ayxan
Röya Ayxan - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
Röya Ayxanın staylinqi üzərində tanınmış stilist Elnur Həsənov çalışıb, Xalq artistinin makiyajını Türkiyədə populyar simalarla əməkdaşlıq edən Kamran Cabbarov edib.
BAKI, 7 oktyabr — Sputnik. Xalq artisti Röya Ayxan uzun müddətdir ki, üzərində çalışdığı klipi sevənlərinə təqdim edib. Tanınmış müğənni yeni mövsümdə üçüncü klipini təqdim edib. Sənətçinin ekranlaşdırdığı mahnı "Yuxu dərmanımdır" adlanır. Klip payızda təqdim olunmasına baxmayaraq, ekran işi yay ab-havalıdır.
Sözügedən bəstənin sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsusdur.
Yeni klipin rejissoru Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur. R.Ayxanın staylinqi üzərində tanınmış stilist Elnur Həsənov çalışıb, Xalq artistinin makiyajını Türkiyədə populyar simalarla əməkdaşlıq edən Kamran Cabbarov edib. Mahnı sənətçiyə məxsus bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0