Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qərb Ukraynaya hansı silah və hərbi texnikaları verib?

Abunə olmaq
Qərb Ukraynaya ağır silah tədarükünü artırır ki, bu da münaqişənin daha da artmasına şərait yaradır. Kiyevə silah tədarükü ilə bağlı ətraflı məlumat - Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 7 oktyabr — Sputnik. Ukraynadakı münaqişə Qərb dövlətləri tərəfindən intensiv şəkildə qızışdırılır. Əgər 2022-ci ilin qışında Kiyevə hərbi yardım dəbilqə və zirehlərin, patron və qumbaraatanların, tank əleyhinə vasitələrin və daşınan zenit-raket qurğularının sayı ilə hesablanırdısa, tərəflər atəşkəsin dayandırılması şərtləri ilə bağlı müəyyən bir razılaşmaya nail olduqdan sonra ABŞ və onun müttəfiqləri Ukraynaya ağır silah tədarük etməyə başlayıblar.
Ümumiyyətlə, ilin əvvəlindən yayın ortalarına kimi Qərb ölkələri Ukraynaya ümumilikdə 44 milyard dollar məbləğində hərbi yardım göstərib və ya vəd ediblər.
Hətta açıq məlumatlara görə, 2022-ci ilin əvvəlindən Kiyevə hərbi yardım ABŞ tərəfindən 25,5 milyard dollar, Aİ tərəfindən - 2,1 milyard dollar, Polşa tərəfindən - 1,6 milyard dollar, Böyük Britaniya tərəfindən - 1,7 milyard dollar, Almaniya tərəfindən - 1,5 milyard dollar, digər ölkələr tərəfindən isə - 2,3 milyard dollar təşkil edib.
Xəbər lenti
0