Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Praqada görüş: Bakı və Yerevan nə barədə razılığa gəldilər?

Abunə olmaq
Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Praqada dördtərəfli görüşün yekunlarına dair videomuza baxın.
Ermənistanla Azərbaycan arasındakı gərginliyi nəzərə alaraq istənilən konstruktiv görüş vacibdir. Bunu Sputnik Azərbaycan-a müsahibəsində politoloq, "Aktor" Sosial və İctimai Araşdırmalar Mərkəzinin sədr müavini Telman İsa deyib.
“Bu görüşün Türkiyə və Fransa prezidentlərinin iştirakı ilə dördtərəfli formatda keçirilməsi onun təşkilinin əhəmiyyətini bir daha təsdiqləyir”, - deyə İsa bildirib.
Tədqiqatçının fikrincə, Ermənistanın xarici siyasəti müstəqil deyil, bunun nəticəsində də mürəkkəb problemlərin həllində qeyri-müəyyənliklər və anlaşılmazlıqlar yaranır.
“Bu ölkənin siyasətinə xarici oyunçular təsir edir, yəni: Qərb ölkələri və erməni diasporu.
Ermənistan razılaşmalara sadiq olduğunu bəyan etsə də, müəyyən öhdəliklərin yerinə yetirilməsi üçün konkret addımlar atmaqdan imtina edir”, - deyə ekspert bildirib.
O qeyd edib ki, qlobal səviyyədə iqtisadi vəziyyəti nəzərə alsaq, kommunikasiyaların açılması region üçün çox mühüm prosesdir:
“Rusiya, Türkiyə və digər region ölkələri Zəngəzur dəhlizinin açılmasında son dərəcə maraqlıdırlar”, deyə İsa sözünü yekunlaşdırıb.
Xəbər lenti
0