https://sputnik.az/20221007/neft-qiymetlerinde-martdan-beri-en-suretli-bahalasma-bas-verib-447166073.html
Neft qiymətlərində martdan bəri ən sürətli bahalaşma baş verib
Neft qiymətlərində martdan bəri ən sürətli bahalaşma baş verib
Sputnik Azərbaycan
“OPEC plus”un aqressiv şəkildə neft hasilatını azaltma qərarı neft bazarında qiymətlərin bu həftə sürətli şəkildə yüksəlməsinə səbəb olub 07.10.2022, Sputnik Azərbaycan
2022-10-07T11:24+0400
2022-10-07T11:24+0400
2022-10-07T11:24+0400
neft
neft-qaz
opec
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117830_0:329:3055:2047_1920x0_80_0_0_4ddb6b2d971be7eb6d41778b27250d7b.jpg
BAKI, 7 oktyabr — Sputnik. Bu həftə neft qiymətlərində mart ayından bəri ən sürətli yüksəliş qeydə alınıb. “OPEC plus”un aqressiv hasilatı azaltma qərarı bu həftə ABŞ xam neftini 11 faiz bahalaşdırıb. Həftənin son ticarət günündə ABŞ xam nefti 88 dollar, "Brent" nefti isə 94 dollar ətrafında stabilləşib.Azərbaycan neftinin qiyməti 0,98 dollar artaraq 99,35 dollar olub.Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barel azaldılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Koalisiya bu qərarını qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində neft qiymətlərindəki enişlə əlaqələndirib.“Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.“OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117830_0:0:2729:2047_1920x0_80_0_0_23612981c770f166b4260aef49d99096.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, opec, qiymət
Neft qiymətlərində martdan bəri ən sürətli bahalaşma baş verib
“OPEC plus”un aqressiv şəkildə neft hasilatını azaltma qərarı neft bazarında qiymətlərin bu həftə sürətli şəkildə yüksəlməsinə səbəb olub
BAKI, 7 oktyabr — Sputnik. Bu həftə neft qiymətlərində mart ayından bəri ən sürətli yüksəliş qeydə alınıb. “OPEC plus”un aqressiv hasilatı azaltma qərarı bu həftə ABŞ xam neftini 11 faiz bahalaşdırıb. Həftənin son ticarət günündə ABŞ xam nefti 88 dollar, "Brent" nefti isə 94 dollar ətrafında stabilləşib.
Azərbaycan neftinin qiyməti 0,98 dollar artaraq 99,35 dollar olub.
Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barel azaldılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Koalisiya bu qərarını qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində neft qiymətlərindəki enişlə əlaqələndirib.
“Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.
“OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.