Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclis on beş gün müddətində ombudsmanın seçilməsi ilə bağlı qərar qəbul edəcək

© Sputnik / Murad OrujovMilli Məclisdə deputatın iş yeri
Milli Məclisdə deputatın iş yeri - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik müzakirə edilir.
BAKI, 7 oktyabr — Sputnik. İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) seçilməsi proseduru təkmilləşdirilir. Bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" qanunun layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Milli Məclis 83 səs çoxluğu ilə seçir. Milli Məclis Müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir.
Təklif edilən yeni - 4.3-cü maddəyə əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Qeyd edək ki, oktyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilir.
İclasda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş) müzakirə edilir.
© Photo : Ombudsman's Office of AzerbaijanOmbudsman Səbinə Əliyeva, arxiv şəkli
Во время встречи - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Ombudsman Səbinə Əliyeva, arxiv şəkli
Müvəkkilin namizədliyinə aid tələblər
Mövcud qanuna görə, yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Müvəkkil ola bilməz.
Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.
Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün müddətində onun statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır.
Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında and içir: "Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm".
Müvəkkil 7 il müddətinə seçilir. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Xəbər lenti
0