CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məsuliyyətsiz vətəndaşlar istiliyi su xəttinə qoşub istifadə edir - "Azəristiliktəchizat"

© Azerishiq Open Joint Stock Company“Bakı” İstilik Elektrik Mərkəzi
“Bakı” İstilik Elektrik Mərkəzi - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
ASC rəsmisi bildirib ki, evdə istilik itkisinin qarşısının alınması istiqamətində də vaxtında lazımi tədbirlər görülərsə, enerji israfı olmaz.
BAKI, 7 oktyabr — Sputnik. "İstilik sisteminə ventil qoyub, ondan isti su kimi istifadə edirlər". Bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, aparılan araşdırmalar zamanı bəlli olub ki, hansısa məsuliyyətsiz bir vətəndaş verilən istiliyi su xəttinə qoşaraq isti su kimi istifadə edir:
"Bu hallar həm şirkətin büdcəsinə, həm də dövlətimizin resurslarına ciddi təsir edir".
"Bundan başqa, evdə istilik itkisinin qarşısının alınması istiqamətində də vaxtında lazımi tədbirlər görülərsə, enerji israfı olmaz", - deyə qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, cari ayın sonunadək "Azəristilik" ASC qışa hazırlığı yekunlaşdıracaq.
R.Məhərrəmov onu da qeyd edib ki, qiymətlərin dəyişdirilməsi ilə bağlı isə Tarif Şurasına heç bir müraciət olunmayıb.
© Sputnik / Ramil IbrahimovMəktəbin sinif otağında quraşdırlmış müasir istilik sistemi, arxiv şəkli
Kəngərli kənd orta məktəbinin sinif otağında quraşdırlmış müasir istilik sistemi - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Məktəbin sinif otağında quraşdırlmış müasir istilik sistemi, arxiv şəkli
Qeyd edək ki, 15 aprel 2022-ci ildə “Azəristiliktəchizat” ASC-də 2021-2022-ci illər payız qış mövsümünün sona çatması ilə bağlı keçirilən mətbuat konfransında istilik tariflərinin maya dəyərindən bir neçə dəfə aşağı olmasına baxmayaraq, onun sosial yönümlüyü nəzərə alınaraq artırılmasının gündəmdə olmadığı və bununla bağlı heç bir müraciətin edilmədiyi birmənalı olaraq bildirilib və bütün KİV-də aydın şəkildə açıqlanıb.
"Azəristiliktəchizat" ASC tərəfindən istifadə edilən təbii qazın dəyərinin tam ödənilməsinin təmin edilməsi üçün təbii olaraq müxtəlif rəy və təkliflər müzakirə edilir, təhlillər aparılır. Lakin son nəticədə bu məqsədlə ilk növbədə xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması, həmçinin enerjisəmərəliliyi və izafi istilik itkilərinə yol verilməməsi əsas prioritet kimi müəyyən edilib".
Məlumat üçün bildiririk, hazırda "Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik təchizatı xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən 1 m2 yaşayış sahəsi üçün aylıq ƏDV daxil 0,15 manat müəyyən edilib.
Xəbər lenti
0