CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə zəhərlənən şagirdlərdən daha ikisi evə buraxılıb

© Sputnik / Varvara Gertye / Mediabanka keçidXəztəxana, arxiv şəkli
Xəztəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2022
Abunə olmaq
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb.
BAKI, 7 oktyabr — Sputnik. Gəncədə zəhərlənərək xəstəxanada müalicə alan 3 saylı tam orta məktəbin daha iki şagirdi evə buraxılıb.
Abbas Səhhət adına Yoluxucu Xəstəliklər Şöbəsindən "Report"a verilən məlumata görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə gətirilən beş şagirddən üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Digər iki şagirdin müalicəsi isə xəstəxana şəraitində davam etdirilib.
***
Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub. Bu barədə Sputnik Azərbaycan-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.
Xatırladaq ki, avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Həmçinin onlardan 28-ni ilan, 6-nı isə müxtəlif növ həşəratlar sancıb.
Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən 7-si (3-ü kişi, 4-ü qadın) dünyasını dəyişib.
Xəbər lenti
0