https://sputnik.az/20221007/azerbaycanda-torpaq-surusmesi-olub-447167946.html
Azərbaycanda torpaq sürüşməsi olub
Azərbaycanda torpaq sürüşməsi olub
Sputnik Azərbaycan
Bildirilib ki, FHN-ə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün... 07.10.2022, Sputnik Azərbaycan
2022-10-07T11:56+0400
2022-10-07T11:56+0400
2022-10-07T11:56+0400
torpaq sürüşməsi
hadisə
astara
azərbaycan
fhn
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426574810_0:0:3640:2048_1920x0_80_0_0_9c87dd72eddbeb6fd64fc20723d778c0.jpg
BAKI, 7 oktyabr — Sputnik. Astarada torpaq sürüşməsi olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-ə rayonun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bu ilin martında açıqlamışdı ki, mütəmadi monitorinq nəticələrinə görə, hazırda ölkə ərazisində lokal və geniş sürüşməyə meyilli sahələrdə ciddi dinamik dəyişiklik müşahidə edilməyib: "Son məlumatlara görə, yalnız cənub bölgəsində və Abşeron yarımadasındakı Nübar massivində zəif dinamik aktivlik müşahidə olunur.Cənub bölgəsində, əsasən Lerik və Astara rayonlarında, eyni zamanda, Lənkəran-Biləsər yolunun sol çiynində zəif sürüşmə elementləri müşahidə edilib. Lerik rayonunun iki kəndində uzunluqları 150 və 200 m olan daha çox çökmə-sürüşmə xarakterli proseslər baş verib.Lakin son zamanlar bütün ölkə ərazisində intensiv atmosfer çöküntülərinin yağması, iqlim normasındam artıq olan qar və yağış çöküntülərinin həcminin artması müşahidə olunur. Bundan sonrakı mərhələdə, yəni atmosfer çöküntülərinin, qarın intensiv əriməsi nəticəsində sürüşmə prosesləri aktivləşə bilər".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426574810_594:0:3325:2048_1920x0_80_0_0_96a520d9e3dce9306a7b342fd6961be0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
torpaq sürüşməsi, astara, azərbaycan, fhn
torpaq sürüşməsi, astara, azərbaycan, fhn
Azərbaycanda torpaq sürüşməsi olub
Bildirilib ki, FHN-ə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.
BAKI, 7 oktyabr — Sputnik. Astarada torpaq sürüşməsi olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-ə rayonun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bu ilin martında açıqlamışdı ki, mütəmadi monitorinq nəticələrinə görə, hazırda ölkə ərazisində lokal və geniş sürüşməyə meyilli sahələrdə ciddi dinamik dəyişiklik müşahidə edilməyib: "Son məlumatlara görə, yalnız cənub bölgəsində və Abşeron yarımadasındakı Nübar massivində zəif dinamik aktivlik müşahidə olunur.
Cənub bölgəsində, əsasən Lerik və Astara rayonlarında, eyni zamanda, Lənkəran-Biləsər yolunun sol çiynində zəif sürüşmə elementləri müşahidə edilib. Lerik rayonunun iki kəndində uzunluqları 150 və 200 m olan daha çox çökmə-sürüşmə xarakterli proseslər baş verib.
Lakin son zamanlar bütün ölkə ərazisində intensiv atmosfer çöküntülərinin yağması, iqlim normasındam artıq olan qar və yağış çöküntülərinin həcminin artması müşahidə olunur. Bundan sonrakı mərhələdə, yəni atmosfer çöküntülərinin, qarın intensiv əriməsi nəticəsində sürüşmə prosesləri aktivləşə bilər".