https://sputnik.az/20221007/azerbaycanda-heyat-yoldaslarina-dogusda-istirak-etmek-icazesi-verilecek-447177720.html
Azərbaycanda həyat yoldaşlarına doğuşda iştirak etmək icazəsi veriləcək
Azərbaycanda həyat yoldaşlarına doğuşda iştirak etmək icazəsi veriləcək
Sputnik Azərbaycan
Yaxın qohumlar da dövlət xəstəxanalarında pul ödəyərək doğuşlarda iştirak edə biləcəklər. 07.10.2022, Sputnik Azərbaycan
2022-10-07T15:05+0400
2022-10-07T15:05+0400
2022-10-07T15:07+0400
doğuş
səhiyyə
iştirak
doğmalar
https://cdnn1.img.sputnik.az/img/42367/72/423677258_0:309:3048:2024_1920x0_80_0_0_e3a59c0b56e2302cf8e1f1b88f1b1fbe.jpg
BAKI, 7 oktyabr — Sputnik. Dövlət xəstəxanalarında yaxın qohumların doğuşda iştirakına və müşayiət etməsinə icazə veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində pullu tibbi xidmətlərin siyahısını və tariflərini təsdiqləyib.İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər paketinə daxil olmayan müalicə, o cümlədən sığortası olmayan şəxslər üçün prosedur və manipulyasiyalar ödənişli olacaq.İndi təkcə özəl klinikalarda deyil, həm də dövlət xəstəxanalarında da həyat yoldaşlarının və digər yaxın qohumların doğuşda iştirakına icazə verməyə hazırdırlar. Belə "zövq" 90 manata başa gələcək.Bununla yanaşı, həkimlər qeyd edirlər ki, qanuna görə qohumlardan birinin doğuş zamanı iştirakına yol verilir və bu cür iştiraka Azərbaycanda mövcud olan klinik protokollarla icazə verilir. Bu müddəanı 2013-cü ildə təsdiq edilmiş klinik protokollarda tapmaq olar.Eyni zamanda, şəxs tam tibbi müayinədən keçməli, psixi və fiziki sağlamlıq haqqında arayış təqdim etməlidir. Bu, yeni doğulmuş uşağın infeksiyalara məruz qalmaması üçün lazımdır. Hər kəsin doğuşda iştirakına icazə verilmir.Klinik protokollar dəri və tənəffüs yolları xəstəlikləri, hətta kariyesi olan şəxslərin doğuşda iştirakını qadağan edir.Doğuşda iştirak etmək istəyən qohumların tibbi müayinəsinin hansı vəsaitlər hesabına aparılacağı məsələsi hələlik sual altındadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/72/423677258_317:0:3048:2048_1920x0_80_0_0_1943dfe97a454ce7ff480902e8dc1e1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
doğuş, iştirak, doğmalar
Azərbaycanda həyat yoldaşlarına doğuşda iştirak etmək icazəsi veriləcək
15:05 07.10.2022 (Yenilənib: 15:07 07.10.2022) Yaxın qohumlar da dövlət xəstəxanalarında pul ödəyərək doğuşlarda iştirak edə biləcəklər.
BAKI, 7 oktyabr — Sputnik. Dövlət xəstəxanalarında yaxın qohumların doğuşda iştirakına və müşayiət etməsinə icazə veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində pullu tibbi xidmətlərin siyahısını və tariflərini təsdiqləyib.
İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər paketinə daxil olmayan müalicə, o cümlədən sığortası olmayan şəxslər üçün prosedur və manipulyasiyalar ödənişli olacaq.
İndi təkcə özəl klinikalarda deyil, həm də dövlət xəstəxanalarında da həyat yoldaşlarının və digər yaxın qohumların doğuşda iştirakına icazə verməyə hazırdırlar. Belə "zövq" 90 manata başa gələcək.
Bununla yanaşı, həkimlər qeyd edirlər ki, qanuna görə qohumlardan birinin doğuş zamanı iştirakına yol verilir və bu cür iştiraka Azərbaycanda mövcud olan klinik protokollarla icazə verilir. Bu müddəanı 2013-cü ildə təsdiq edilmiş klinik protokollarda tapmaq olar.
Eyni zamanda, şəxs tam tibbi müayinədən keçməli, psixi və fiziki sağlamlıq haqqında arayış təqdim etməlidir. Bu, yeni doğulmuş uşağın infeksiyalara məruz qalmaması üçün lazımdır. Hər kəsin doğuşda iştirakına icazə verilmir.
Klinik protokollar dəri və tənəffüs yolları xəstəlikləri, hətta kariyesi olan şəxslərin doğuşda iştirakını qadağan edir.
Doğuşda iştirak etmək istəyən qohumların tibbi müayinəsinin hansı vəsaitlər hesabına aparılacağı məsələsi hələlik sual altındadır.