Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST Azərbaycanda koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirir - TƏBİB

© AFP 2024 / FABRICE COFFRINIÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahı, arxiv şəkli
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Qurum nümayəndəsi bildirib ki, ÜST-ün verdiyi tövsiyələr operativ qərargahın nümayəndələri tərəfindən nəzərə alınıb və müvafiq tədbirlər görülüb.
BAKI, 6 oktyabr - Sputnik. Tbilisidə keçirilən “COVID-19: Qazanılmış nəticələr” adlı beynəlxalq konfransda Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri, eləcə də ictimai səhiyyənin təşkili istiqamətində gördüyü işlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Bu barədə Azərtac-a müsahibəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sığorta fəaliyyətinin təşkilinə nəzarət şöbəsinin müdiri Qasım Əmrahlı danışıb.
Onun sözlərinə görə, pandemiya dövründə ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub.
© Sputnik / Murad OrujovTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin avtomobili, arxiv şəkli
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin avtomobili, arxiv şəkli
Konfransda ölkəmizdə pandemiya dövründə ictimai səhiyyənin təşkili istiqamətində görülmüş işlər və əldə olunmuş uğurlar barədə məlumatlar verilib. Ölkəmizin səhiyyə strategiyası, pandemiya dövründə görülmüş işlərlə bağlı məruzələr dinlənilib.
TƏBİB nümayəndəsi deyib ki, COVID-19 infeksiyasına qarşı profilaktik tədbirləri çərçivəsində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edib. ÜST-ün verdiyi tövsiyələr operativ qərargahın nümayəndələri tərəfindən nəzərə alınıb və müvafiq tədbirlər görülüb.
“Bütün bunlar, Azərbaycanda COVID-19-la mübarizə sahəsində görülmüş işlər, habelə ölkəmizin ÜST-ə və bəzi ölkələrə göstərdiyi maliyyə yardımı yüksək qiymətləndirilib”, - deyə Q.Əmrahlı vurğulayıb.
Xəbər lenti
0