CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üçtərəfli bəyanatdan sonra mina partlaması nəticəsində nə qədər azərbaycanlı ölüb?

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Bu cinayət işləri üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiyanın, 17-si Ermənistanın, 5-i Fransanın, 1-i isə Gürcüstanın vətəndaşıdır.
BAKI, 6 oktyabr — Sputnik. Vətən müharibəsindən sonra, 10.11.2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb, 73 nəfər isə mina və digər qurğuların partlaması nəticəsində, 1 nəfəri isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin cinayətlərlə bağlı 35 nəfər axtarışa verilib.
Bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı məlumat verib.
O bildirib ki, qeyd edilən cinayət işlərin üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiyanın, 17-si Ermənistanın, 5-i Fransanın, 1-i isə Gürcüstanın vətəndaşlarıdır. Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib.
Üçtərəfli bəyanatın imzalanması
Məlumat üçün bildirək ki, Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.
Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.
Xəbər lenti
0