https://sputnik.az/20221006/siyasetci-ve-kecmis-deputat-araz-elizade-vefat-edib-447115602.html
Siyasətçi və keçmiş deputat Araz Əlizadə vəfat edib
Siyasətçi və keçmiş deputat Araz Əlizadə vəfat edib
Sputnik Azərbaycan
Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə vəfat edib. Bu barədə mərhumun ailəsi məlumat verib. 06.10.2022, Sputnik Azərbaycan
2022-10-06T11:58+0400
2022-10-06T11:58+0400
2022-10-06T12:05+0400
hadisə
araz əlizadə
https://cdnn1.img.sputnik.az/img/41204/36/412043687_0:6:1046:594_1920x0_80_0_0_14dd3113e531c276b80bcc44890529c6.jpg
BAKI, 6 oktyabr — Sputnik. Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib. Bu barədə mərhumun ailəsi məlumat verib.Bildirilib ki, Araz Əlizadə uzun müddətdir onkoloji xəstəlikdən əziyyyət çəkirmiş. Araz Əlizadə bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.Araz Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib.1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunub. 1987-ci ildən Bakıya qayıdıb. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılıb.1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısı olub. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra sədri olub. (Partiya 1989-cu il dekabrın 10-da "Villi Brandtın Dostları Klubu"nun – 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A. Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın – bazasında yaradılıb.)Araz Əlizadə 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olub. 1988–1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olub və onların rəhbərliyinə daxil olub.1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak edib.2013-cü ildə Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyini irəli sürüb. Araz Əlizadə V Çağırış Milli Məclisin deputatı olub. O, siyasətçi Zərdüşt Əlizadənin qardaşıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41204/36/412043687_123:0:923:600_1920x0_80_0_0_bbead7d06398fdf65cd83245bf0df31c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
araz əlizadə
Siyasətçi və keçmiş deputat Araz Əlizadə vəfat edib
11:58 06.10.2022 (Yenilənib: 12:05 06.10.2022) Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə vəfat edib. Bu barədə mərhumun ailəsi məlumat verib.
BAKI, 6 oktyabr — Sputnik. Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib. Bu barədə mərhumun ailəsi məlumat verib.
Bildirilib ki, Araz Əlizadə uzun müddətdir onkoloji xəstəlikdən əziyyyət çəkirmiş.
Araz Əlizadə bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.
Araz Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib.
1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunub. 1987-ci ildən Bakıya qayıdıb. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılıb.
1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısı olub. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra sədri olub. (Partiya 1989-cu il dekabrın 10-da "Villi Brandtın Dostları Klubu"nun – 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A. Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın – bazasında yaradılıb.)
Araz Əlizadə 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olub. 1988–1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olub və onların rəhbərliyinə daxil olub.
1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak edib.
2013-cü ildə Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyini irəli sürüb.
Araz Əlizadə V Çağırış Milli Məclisin deputatı olub. O, siyasətçi Zərdüşt Əlizadənin qardaşıdır.