Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İşğaldan azad edilmiş əraziyə keçmək istəyən şəxslər saxlanılıblar

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidFüzulidə yolda Azərbaycan polisi
Füzulidə yolda Azərbaycan polisi - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
BAKI, 6 oktyabr — Sputnik. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayon sakinləri - Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar. Yoxlamalar zamanı həmmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.
Xatırladaq ki, analoji hadisə bir müddət öncə də baş vermişdi. Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərə qanunsuz daxil olaraq dəmir tullantıları yığan şəxslər həbs edilmişdilər. Həbs edilən şəxslər Talış kəndi ərazisinə gizli yollarla daxil olaraq, orada metal tullantıları toplamağa cəhd göstərmişdilər.
Xəbər lenti
0