Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Füzulidə silah-sursat aşkarlanıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidErmənilərin döyüş meydanında qoyub qaçdıqları silahlar, arxiv şəkli
Ermənilərin döyüş meydanında qoyub qaçdıqları silahlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
BAKI, 6 oktyabr — Sputnik. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Məlumatda bildirilib ki, tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, bir müddət öncə Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar etmişdilər. Tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilmişdi.
Xəbər lenti
0