SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev, Ərdoğan və Paşinyan bir masa ətrafında müzakirə apardı - maraqlı VİDEO və FOTOLAR

© Photo : APAİlham Əliyev, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Praqada görüş zamanı
İlham Əliyev, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Praqada görüş zamanı - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Zirvə Toplantısının keçiriləcəyi məkanda baş tutan görüşdə liderlər bir masa ətrafında əyləşərək fikir mübadiləsi aparıblar. Müzakirələrə Fransa prezidenti Makron və macar lider Orban da qoşulub.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın paytaxtı Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısından əvvəl qeyri-rəsmi formatda görüşüblər.
Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulub.
Zirvə Toplantısının keçiriləcəyi məkanda baş tutan görüşdə liderlər bir masa ətrafında əyləşərək fikir mübadiləsi aparıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fransalı həmkarı Emmanuel Makronla zarafatları, bu zarafatlara Əliyev və Orbanın da qoşulması diqqətdən yayınmayıb.
Bu qeyri-rəsmi söhbətlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyanın pərmürdə görkəmi diqqətdən qaçmayıb.
Qeyd edək ki, Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin rəsmi görüşü gözlənilir.
Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olacaq.
Liderlər Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsindfə bir araya gələcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevlə N.Paşinyan sonuncu dəfə avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmüşdülər.
Xəbər lenti
0