https://sputnik.az/20221006/bas-naziri-eli-esedov-ranin-birinci-vitse-prezidenti-ile-gorusdu-447139808.html
Baş naziri Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü
Baş naziri Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü
Sputnik Azərbaycan
Görüşdə müxtəlif sahələrdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. 06.10.2022, Sputnik Azərbaycan
2022-10-06T17:21+0400
2022-10-06T17:21+0400
2022-10-06T17:21+0400
azərbaycan xəbərləri
azərbaycan
iran
görüş
rusiya
moskva
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447139618_0:52:1000:615_1920x0_80_0_0_4041c028f70ef9ab63c768983d3ad941.jpg
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçirilir. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edirlər.2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib.O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447139618_56:0:944:666_1920x0_80_0_0_95a3e3e05bf881f34f1bc40ab1df13d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, iran, görüş, rusiya, moskva
azərbaycan, iran, görüş, rusiya, moskva
Baş naziri Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü
Görüşdə müxtəlif sahələrdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçirilir. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edirlər.
2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib.
O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.