SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin Edilliyə səfəri başlayıb

© Sputnik / Murad OrujovEdillidə kütləvi məzarlıq
Edillidə kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Dövlət qurumlarının əməkdaşları ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinə ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verəcəklər.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndinə səfəri başlayıb. Onlar kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkəcəklər.
"Report"un verdiyi xəbərə görə, müvafiq dövlət qurumlarının əməkdaşları ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinə ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verəcəklər.
Qeyd edək ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq tapılıb - Sputnik Azərbaycan, 1920, 05.10.2022
QARABAĞ
Edillidə törədilən misilsiz cinayətlərin qorxunc izləri: Jurnalistləri şoka salan məzarlıq
Xəbər lenti
0