CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atəşkəs dövründə ermənilər 400 Azərbaycan hərbçisini və 31 mülki şəxsi qətlə yetiriblər

© Sputnik / Murad OrujovAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi bildirib ki, cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.
BAKI, 6 oktyabr — Sputnik. 12 may 1994-cü il tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb, atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib.
Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir. Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.
Şuşa şəhərinin mənzərəsi - Sputnik Azərbaycan, 1920, 06.10.2022
CƏMİYYƏT
Ermənilərin Azərbaycan ekologiyasına vurduğu ziyanın dəyəri müəyyən edilib
Xəbər lenti
0