https://sputnik.az/20221005/rospotrebnadzor-azerbaycanla-sazis-imzalamaq-niyyetindedir-447107625.html
"Rospotrebnadzor" Azərbaycanla saziş imzalamaq niyyətindədir
"Rospotrebnadzor" Azərbaycanla saziş imzalamaq niyyətindədir
Sputnik Azərbaycan
"Rospotrebnadzor"un rəhbəri bildirib ki, əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində Rusiya-Azərbaycan münasibətləri əhəmiyyətli inkişaf... 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T23:47+0400
2022-10-05T23:47+0400
2022-10-06T10:12+0400
imza
iqtisadiyyat
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 5 oktyabr — Sputnik. Rusiya ilə Azərbaycan arasında sərhəd təbii ocaqlarında vəba baxımından epidemioloji rifahın təmin edilməsi üzrə əməkdaşlıq haqqında saziş oktyabrın sonunadək imzalana bilər.Bunu "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib."Bu gün əməkdaşlıq haqqında saziş üzərində işləyirik - bu, sərhədyanı təbii ocaqların ərazisində vəba baxımından epidemioloji rifahın təmin edilməsi üzrə əməkdaşlıq haqqında sazişdir. İkinci sənəd - beynəlxalq tibbi-sanitariya qaydalarının tətbiqi sahəsində əməkdaşlıq haqqında sazişdir. İndicə həmkarımla kifayət qədər yüksək hazırlığı müzakirə etdik. Bu ayın sonuna qədər sazişlərin imzalana biləcəyinə ümid edirik", - deyə Popova Xəzər İqtisadi Forumunda bildirib.O vurğulayıb ki, əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində, o cümlədən sərhədyanı təbii ocaqlar ərazisində vəba ilə mübarizə sahəsində Rusiya-Azərbaycan münasibətləri böyük inkişaf potensialına malikdir.Qeyd edək ki, "Rospotrebnadzor" həm də xarici ölkələrə infeksiyalarla mübarizədə kömək etmək üçün doqquz layihə həyata keçirir."Rospotrebnadzor"un rəhbəri Anna Popova onu da bildirib ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti ("Rospotrebnadzor") koronavirus infeksiyasının aşkarlanması üçün testləri 60-a yaxın ölkəyə təhvil verib." "Rospotrebnadzor" tərəfindən görülən ilk iş o oldu ki, biz COVID-19 üçün testlər hazırladıq və onları Rusiya Federasiyası prezidentinin adından dünyanın müxtəlif ölkələrindəki həmkarlarımızla səxavətlə paylaşdıq. Bu gün bu ölkələrin sayı 60-a yaxındır. Qonşu dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan bu testləri paylaşdığımız ölkələr arasında ilk oldular. Bu ölkələrə təkcə testlər deyil, həm də peyvəndlər verilib", - deyə Popova Xəzər İqtisadi Forumunda bildirib.Onun sözlərinə görə, bu gün koronavirus yeganə təhlükə deyil və meymunçiçəyi yeni həyəcan mənbəyinə çevrilib."Biz, həmçinin, tez bir zamanda meymunçiçəyi xəstəliyinin diaqnozu üçün monotest hazırladıq və onu, üstəlik, PZR testlərini müxtəlif ölkələrdən olan həmkarlarımızla, o cümlədən bu gün Xəzər regionunda yeni həll ediləsi məsələlərə birgə dəyər verdiklərimizlə paylaşdıq", - deyə Popova bildirib.O, dəqiqləşdirib ki, "Rospotrebnadzor" infeksiyalarla mübarizədə xarici ölkələrə yardım etmək üçün doqquz layihə həyata keçirir."Bundan başqa, biz Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanla keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdiririk", - deyə "Rospotrebnadzor"un rəhbəri bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
imza, rusiya, azərbaycan
"Rospotrebnadzor" Azərbaycanla saziş imzalamaq niyyətindədir
23:47 05.10.2022 (Yenilənib: 10:12 06.10.2022) "Rospotrebnadzor"un rəhbəri bildirib ki, əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində Rusiya-Azərbaycan münasibətləri əhəmiyyətli inkişaf potensialına malikdir.
BAKI, 5 oktyabr — Sputnik. Rusiya ilə Azərbaycan arasında sərhəd təbii ocaqlarında vəba baxımından epidemioloji rifahın təmin edilməsi üzrə əməkdaşlıq haqqında saziş oktyabrın sonunadək imzalana bilər.
Bunu "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib.
"Bu gün əməkdaşlıq haqqında saziş üzərində işləyirik - bu, sərhədyanı təbii ocaqların ərazisində vəba baxımından epidemioloji rifahın təmin edilməsi üzrə əməkdaşlıq haqqında sazişdir. İkinci sənəd - beynəlxalq tibbi-sanitariya qaydalarının tətbiqi sahəsində əməkdaşlıq haqqında sazişdir. İndicə həmkarımla kifayət qədər yüksək hazırlığı müzakirə etdik. Bu ayın sonuna qədər sazişlərin imzalana biləcəyinə ümid edirik", - deyə Popova Xəzər İqtisadi Forumunda bildirib.
O vurğulayıb ki, əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində, o cümlədən sərhədyanı təbii ocaqlar ərazisində vəba ilə mübarizə sahəsində Rusiya-Azərbaycan münasibətləri böyük inkişaf potensialına malikdir.
Qeyd edək ki, "Rospotrebnadzor" həm də xarici ölkələrə infeksiyalarla mübarizədə kömək etmək üçün doqquz layihə həyata keçirir.
"Rospotrebnadzor"un rəhbəri Anna Popova onu da bildirib ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti ("Rospotrebnadzor") koronavirus infeksiyasının aşkarlanması üçün testləri 60-a yaxın ölkəyə təhvil verib.
" "Rospotrebnadzor" tərəfindən görülən ilk iş o oldu ki, biz COVID-19 üçün testlər hazırladıq və onları Rusiya Federasiyası prezidentinin adından dünyanın müxtəlif ölkələrindəki həmkarlarımızla səxavətlə paylaşdıq. Bu gün bu ölkələrin sayı 60-a yaxındır. Qonşu dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan bu testləri paylaşdığımız ölkələr arasında ilk oldular. Bu ölkələrə təkcə testlər deyil, həm də peyvəndlər verilib", - deyə Popova Xəzər İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, bu gün koronavirus yeganə təhlükə deyil və meymunçiçəyi yeni həyəcan mənbəyinə çevrilib.
"Biz, həmçinin, tez bir zamanda meymunçiçəyi xəstəliyinin diaqnozu üçün monotest hazırladıq və onu, üstəlik, PZR testlərini müxtəlif ölkələrdən olan həmkarlarımızla, o cümlədən bu gün Xəzər regionunda yeni həll ediləsi məsələlərə birgə dəyər verdiklərimizlə paylaşdıq", - deyə Popova bildirib.
O, dəqiqləşdirib ki, "Rospotrebnadzor" infeksiyalarla mübarizədə xarici ölkələrə yardım etmək üçün doqquz layihə həyata keçirir.
"Bundan başqa, biz Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanla keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdiririk", - deyə "Rospotrebnadzor"un rəhbəri bildirib.