https://sputnik.az/20221005/qurban-yetirmisli-randaki-zelzeleden-danisdi-447098387.html
Qurban Yetirmişli İrandakı zəlzələdən danışdı
Qurban Yetirmişli İrandakı zəlzələdən danışdı
Sputnik Azərbaycan
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun sözlərinə görə, İrandakı zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T17:51+0400
2022-10-05T17:51+0400
2022-10-05T17:51+0400
qurban yetirmişli
cəmiyyət
iran
zəlzələ
yeraltı təkan
https://cdnn1.img.sputnik.az/img/41248/20/412482081_0:0:2001:1125_1920x0_80_0_0_a60651379d93832a882752039a94a970.jpg
BAKI, 5 oktyabr — Sputnik. İranda bu gecə baş verən zəlzələ təkcə bizim stansiyada qeydə alınmayıb, insanlar tərəfindən də hiss olunub. Lakin bu zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir.Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.O bildirib ki, Azərbaycanda hər gün demək olar ki, xırda təkanlar olur:"Məsələn, bu gecə ölkəmizdə 81 təkan qeydə alınıb. Bu təkanlar hər gün qeydə alınır. Bəzən 30, bəzən 50 təkan qeydə alınır. Lakin bunlar təhlükəli deyil. Ümumilikdə yaxın günlərdə Azərbaycanda maqnitudası 5-dən yuxarı olan, dağıdıcı təkanlar gözlənilmir".Qurban Yetirmişli əlavə edib ki, İrandakı zəlzələ Zəngəzur və Naxçıvandakı zəlzələ ocaqlarında aktivlik olduğu təqdirdə seysmik prosesləri sürətləndirə bilərdi: "Ancaq hazırda bu ərazilərdə seysmik aktivlik müşahidə edilmir ki, İrandakı təkanlar da prosesi sürətləndirsin".İranda güclü zəlzələ olubXatırladaq ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin 84 kilometr dərinliyində olub.Zəlzələ nəticəsində vilayətdə 200-dən çox binaya zərər dəyib. Bəzi evlər tamamilə dağılıb. Ölənlər haqqında hələlik məlumat yoxdur. Lakin 400-dən çox adamın müxtəlif dərəcədə xəsarət aldığı bildirilir.Hadisə yerinə Urmiya və Təbrizdən yanğınsöndürən, xilasedici və təcili tibbi yardım maşınları göndərilib. İranın Qırmızı Aypara Cəmiyyəti evi dağılanlar üçün çadırlar qurur.Zəlzələ Naxçıvan Muxtar Respublikasında, Ermənistanda və Türkiyənin İğdır vilayətində də hiss olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41248/20/412482081_39:0:1746:1280_1920x0_80_0_0_bb24671d1825e88a5361aa853edb3fc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qurban yetirmişli, iran, zəlzələ, yeraltı təkan
qurban yetirmişli, iran, zəlzələ, yeraltı təkan
Qurban Yetirmişli İrandakı zəlzələdən danışdı
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun sözlərinə görə, İrandakı zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir
BAKI, 5 oktyabr — Sputnik. İranda bu gecə baş verən zəlzələ təkcə bizim stansiyada qeydə alınmayıb, insanlar tərəfindən də hiss olunub. Lakin bu zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Azərbaycanda hər gün demək olar ki, xırda təkanlar olur:
"Məsələn, bu gecə ölkəmizdə 81 təkan qeydə alınıb. Bu təkanlar hər gün qeydə alınır. Bəzən 30, bəzən 50 təkan qeydə alınır. Lakin bunlar təhlükəli deyil. Ümumilikdə yaxın günlərdə Azərbaycanda maqnitudası 5-dən yuxarı olan, dağıdıcı təkanlar gözlənilmir".
Qurban Yetirmişli əlavə edib ki, İrandakı zəlzələ Zəngəzur və Naxçıvandakı zəlzələ ocaqlarında aktivlik olduğu təqdirdə seysmik prosesləri sürətləndirə bilərdi: "Ancaq hazırda bu ərazilərdə seysmik aktivlik müşahidə edilmir ki, İrandakı təkanlar da prosesi sürətləndirsin".
İranda güclü zəlzələ olub
Xatırladaq ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin 84 kilometr dərinliyində olub.
Zəlzələ nəticəsində vilayətdə 200-dən çox binaya zərər dəyib. Bəzi evlər tamamilə dağılıb. Ölənlər haqqında hələlik məlumat yoxdur. Lakin 400-dən çox adamın müxtəlif dərəcədə xəsarət aldığı bildirilir.
Hadisə yerinə Urmiya və Təbrizdən yanğınsöndürən, xilasedici və təcili tibbi yardım maşınları göndərilib. İranın Qırmızı Aypara Cəmiyyəti evi dağılanlar üçün çadırlar qurur.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında, Ermənistanda və Türkiyənin İğdır vilayətində də hiss olunub.