Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Onlar təlim keçirdilər: "Şimal axını"ndakı təxribat kimə sərf edir?

© Guardia Costera Sueca viá AP, ArchivoŞimal axını - 2-də qəza yeri
Şimal axını - 2-də qəza yeri - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Söhbət Aİ ölkələrini ABŞ-da hasil edilən mayeləşdirilmiş təbii qazdan (MTQ) asılı etməkdən gedir. Bu qaz, Rusiya qazından qat-qat bahadır, lakin avropalıların, sadəcə, başqa seçimi yoxdur.
Andrey Kots, RİA Novosti
"Şimal axını"nındakı partlayışla bağlı hekayə getdikcə yeni bir vüsət alır. Kreml dövlətləri təxribatda ittiham edir, Avropada isə Moskvaya işarə edirlər. Hərbi analitiklər öz versiyalarını irəli sürürlər - dəniz relyefinin xüsusiyyətlərinə görə şübhəlilərin dairəsi daralır. Bu terror aktının arxasında kim dayana bilər – "RİA Novosti"nin materialında.
Bir sualtı qayıq
Amerikanın "The Times" qəzeti Moskvanın enerji böhranı zamanı Avropada sabitliyi pozmağa çalışdığını iddia edir. Doğrudur, jurnalistlər klapanı bağlamaq kifayətdirsə, borunu niyə partlatmaq lazım gəldiyini izah etməyiblər.
Analitiklər də eyni şeyi qeyd edirlər. Məsələn, İsveçrə kəşfiyyatının keçmiş zabiti Jak Bo "Radio Courtoisie"yə müsahibəsində izah edib ki, qazsız Kreml Almaniyaya təzyiq etmək üçün "hər hansı imkandan məhrum olur". Bundan əlavə, söhbət çox milyardlıq itkilərdən gedir, çünki "Potoki" əsasən Rusiya tərəfindən tikilib.
Mütəxəssislərin fikrincə, boruları torpedalar vasitəsilə atəşə tutduğu iddia edilən "Rusiya sualtı qayığı" versiyası da inandırıcı deyil. Partlayış Danimarkanın ərazi sularında yerləşən Bornholm adası yaxınlığında baş verib. Orada NATO-nun sualtı dinləmə stansiyaları yerləşdirilib. Oxşar avadanlıq Baltik dənizinin digər hissələrində də yerləşir. NATO ölkələrinin ordusu gecə-gündüz suları dinləyir və orada nə baş verdiyini mükəmməl bilir.
Rus sualtı qayığı, batiskafı və ya pilotsuz təyyarəsi qaz kəməri zonasına gözə dəymədən daxil ola bilməzdi. Bundan əlavə, bu ərazidə dəniz çox da dərin deyil, təxminən, 80 metrdir - sualtı nəqliyyat vasitəsini sualtı qayıq əleyhinə təyyarədən adi gözlə də görmək asandır.
Nəhayət, Baltik donanmasının xidmətdə yalnız bir sualtı qayığı var: 877 "Paltus" layihəsinin "Dmitrov" dizel-elektrik sualtı qayığı. Bu sualtı qayıqlar belə təxribat üçün nəzərdə tutulmayıb.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltikdə cəmi üç bazası var - Kalininqrad, Baltiysk və Kronştadtda. Onlar daim Polşadan (Qdınya və Svinoustse limanları), Almaniyadan (Varnemünde, Kil və Ekkernferde bazaları), Danimarkadan (Frederikshavn və Korser bazaları), eləcə də yeni NATO üzvlərinin - Finlandiya və İsveçin aerodromlarından qalxa bilən Amerika "Poseydonlar"ı tərəfindən izlənilir.
Kimə sərf edir
Rusiya hakimiyyəti "Amerika izi"nə işarə edir. XİN-də qeyd edildiyi kimi, hər şeydən əvvəl, Vaşinqtonun iqtisadi motivləri var.
Xüsusilə bunu dövlət katibi Entoni Blinkenin Avropa ölkələrinin Rusiya qazından imtinasını ABŞ üçün "böyük strateji fürsət" adlandıran bəyanatı göstərir.
Amerikalı politoloq Sergey Sudakov deyir: "Hələ 1970-ci illərdə okeanın o tayında strategiya hazırlanmışdı: SSRİ ilə Almaniya arasında iqtisadi yaxınlaşmanın qarşısını almaq. Görünür, bu yanaşmaya bu gün də sadiq qalıblar. Alman texnologiyaları və Rusiya resurslarının simbiozu Vaşinqtonun kabusudur. Birdən məlum oldu ki, Almaniya ucuz enerji daşıyıcıları olmadan artıq Avropa İttifaqının əsas lokomotiv roluna uyğun gəlmir. Berlini zəiflətməklə Vaşinqton iqtisadi rəqibini aradan qaldıracaq".
Sudakovun sözlərinə görə, söhbət Aİ ölkələrini ABŞ-da hasil edilən mayeləşdirilmiş təbii qazdan (MTQ) asılı etməkdən gedir. Bu qaz, Rusiya qazından qat-qat bahadır, lakin avropalıların, sadəcə, başqa seçimi yoxdur.
Ekspert hesab edir ki, "bu cür təxribat törətmək üçün amerikalılar və onların ən yaxın müttəfiqləri olan ingilislər texniki imkanlara malikdirlər. ABŞ-ın 6-cı donanması bütün yay boyunca Baltik dənizində qalıb. Orada bu donanma, xüsusilə, suyun dibindəki obyektlərin minalardan təmizlənməsi üçün təlimlər keçirdilər. Amma əgər nəyisə minalardan təmizləmək lazımdırsa, onda əvvəlcə minalamaq lazımdır. Bunda isə problem dəqiq olaraq yoxdur".
NATO-nun silahları arasında avtomatik sualtı robotlar var – bu robotlar partlayıcı yerləşdirə bilirlər. Bundan əlavə, boruların yerləşdiyi dərinlik, hətta döyüş dalğıcları üçün də bunu etməyə imkan verir.
Zəngin təcrübə
Artıq presedentlər olub. Belə ki, 1982-ci ilin yayında Urenqoy-Surqut-Çelyabinsk qaz kəmərində partlayış baş vermiş, nəticədə SSRİ-yə ildə səkkiz milyard dollara qədər pul verməli olan infrastruktura ciddi ziyan dəymişdi. ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyinin keçmiş direktoru Tomas Ridin sözlərinə görə, təxribatı MKİ təşkil etmiş, məxfi xidmət kəmərin istismarına cavabdeh olan kompüterləri "yoluxdurmuşdu".
Bir il sonra ABŞ Nikaraquaya bir qrup döyüş üzgüçüsü göndərərək iqtisadiyyatını dağıtmağa çalışdı. Onlar əvvəlcə Korinto limanında bütün ölkəni qidalandıran neft anbarlarını məhv etdilər. Sonra Puerto-Sandinodakı ən mühüm boru kəməri. Sonra isə xüsusi xidmət orqanlarının agentləri tankerləri buraxmamaq üçün ərazi sularını minaladılar.
1984-cü ildə bu hekayə mətbuata sızanda Manaqua Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi. Arbitraj Vaşinqtonu təqsirli bilərək ona dəymiş ziyanı ödəməyə qərar verdi. Lakin ABŞ müvafiq qətnaməni blokladı. Bu təxribata, bir çoxları kimi, kimsə cavabdeh olmadı.
Xəbər lenti
0