https://sputnik.az/20221005/mikayil-cabbarov-moskvada-kecirilen-kinci-xezer-qtisadi-forumunda-istirak-edib-447104592.html
Mikayıl Cabbarov Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda
Mikayıl Cabbarov Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda
Sputnik Azərbaycan
Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin... 05.10.2022, Sputnik Azərbaycan
2022-10-05T19:45+0400
2022-10-05T19:45+0400
2022-10-05T19:45+0400
mikayıl cabbarov
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42317/78/423177884_0:0:3073:1728_1920x0_80_0_0_34a5594edb8eea60ec6439121f773629.jpg
BAKI, 5 oktyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın paytaxtı Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iştirak edib.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib."Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iqlim siyasəti üzrə qlobal çağırışlardan irəli gələn fəaliyyət istiqamətləri barədə müzakirələr apardıq. Həmkarlarla birlikdə Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin, yeni konsepsiyaların tətbiqinin əhəmiyyətini vurğuladıq", - deyə nazir bildirib.Xatırladaq ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçiriləcək. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edəcəklər.2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib. O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər."Forum zamanı Xəzər regionunda ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın əsas məsələlərinə baxılacaq. Eyni zamanda, əsas diqqətin nəqliyyat infrastrukturu, enerji, ətraf mühitin mühafizəsi, eləcə də regionlararası əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafı sahəsində birgə layihələrə yönəldilməsi planlaşdırılır," - deyə Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42317/78/423177884_0:0:2731:2048_1920x0_80_0_0_c2e6be6a501192b4eda8d1c95f0fdd34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mikayıl cabbarov
Mikayıl Cabbarov Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda
Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edirlər
BAKI, 5 oktyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın paytaxtı Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iştirak edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iqlim siyasəti üzrə qlobal çağırışlardan irəli gələn fəaliyyət istiqamətləri barədə müzakirələr apardıq. Həmkarlarla birlikdə Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin, yeni konsepsiyaların tətbiqinin əhəmiyyətini vurğuladıq", - deyə nazir bildirib.
Xatırladaq ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçiriləcək. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edəcəklər.
2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib. O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.
"Forum zamanı Xəzər regionunda ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın əsas məsələlərinə baxılacaq. Eyni zamanda, əsas diqqətin nəqliyyat infrastrukturu, enerji, ətraf mühitin mühafizəsi, eləcə də regionlararası əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafı sahəsində birgə layihələrə yönəldilməsi planlaşdırılır," - deyə Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.