Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayıb - VİDEO

© Sputnik / Murad OrujovAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
"Ehtiyat zabit hazırlığı kursu"nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanacaq
BAKI, 5 oktyabr — Sputnik. Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək namizədlər oktyabrın 22-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriləcəklər.
Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılacaqlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul ediləcəklər.
"Ehtiyat zabit hazırlığı kursu"nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanacaq və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunacaqlar.
“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib
Xatırladaq ki, Vətən Müharibəsində qazanılan şanlı Qələbədən sonra gənclərdə hərbi vətənpərvərlik hissinin daha da yüksəlməsi, hərbi peşəyə marağın artması nəticəsində Azərbaycan Ordusunda xidmət etmək istəyi ilə bağlı daxil olan müraciətlərin sayı günü-gündən artmaqdadır.
Azərbaycan Ordusunun tarix yazan hərbçiləri, xüsusən də zabitləri gənc nəslin gələcək fikirlərinin formalaşmasında müsbət istiqamətdə öz təsirini göstərib və zabit olmaq istəyən gənclərin sayı kifayət qədər artıb. Bütün bunlar nəzərə alınaraq Müdafiə Nazirliyi mütəmadi olaraq zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kurslarını təşkil edir.
İyulun 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edildikdən sonra gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.
Xəbər lenti
0