Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Azərbaycanda BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyası dövlət başçısına təqdim edilib
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.
Dövlət başçısı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Bu ilin martında xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində əldə edilən irəliləyişləri müsbət qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırıb.
Azərbaycanla Məskunlaşma Proqramı arasında əməkdaşlığın hərtərəfli qaydada inkişaf etdiyini vurğulayan Maimuna Mohd Şərif Prezident İlham Əliyevin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı çıxışını məmnunluqla xatırlayıb, UN-HABITAT-ın Nyu-Yorkda keçirilən toplantısında, həmçinin Katovitsedəki tədbirdə Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib.
O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə edib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə edib, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğulayıb.
O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycanın UN-HABITAT-la əməkdaşlığı bundan sonra da genişləndirəcəyini və Proqramın fəaliyyətinə dəstək göstərəcəyini bildirib. Dövlətimizin başçısı Milli Şəhərsalma Forumunun ölkəmizdə illik əsasda keçiriləcəyini qeyd edib.
Sonda qonaq Məskunlaşma üzrə ölkə proqramı sənədini - Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyasını dövlətimizin başçısına təqdim edib.
Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb
Qeyd edək ki, oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak edirlər.
Xatırladaq ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.
Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.
Xəbər lenti
0