Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb

© AR Ministry of Defence“Üç qardaş - 2021” beynəlxalq təliminin açılış mərasimi
“Üç qardaş - 2021” beynəlxalq təliminin açılış mərasimi - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlər 3-14 oktyabr tarixlərində Türkiyədə keçiriləcək.
BAKI, 4 sentyabr - Sputnik. Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Twitterdə məlumat yayıb.
Təlimlər 3-14 oktyabr tarixlərində Türkiyədə keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyənin paytaxtı Ankarada "Sonsuzadək qardaşlıq" təlimlərində iştirak ediblər.
Təlimlərdə Azərbaycanla yanaşı Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi təyinatlıları iştirak ediblər. Nazirlikdən bildirilib ki, dost və qardaş ölkələrin ən seçilmiş birlikləri bir aradadır.
Bu arada Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanla birlikdə Azərbaycana gəlib.
Milli Müdafiə naziri Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov təkbətək görüşüb, daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib.
Türkiyənin Milli Müdafiə naziri Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
Hulusi Akar iki ölkə arasında dostluq və qardaşlığın "Bir millət, iki dövlət" anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini bildirib.
Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının "Tək Vətən Hərəkatı" ilə daim möhkəmləndiyini deyən Akar, "Azərbaycanın işğal altındakı torpaqları azad etməsi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi fürsət pəncərəsi açıb" deyə bildirib.
Daha sonra Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xəbər lenti
0