https://sputnik.az/20221004/smayillida-sagird-bicaqlanib-447028577.html
İsmayıllıda şagird bıçaqlanıb
İsmayıllıda şagird bıçaqlanıb
Sputnik Azərbaycan
İsmayıllıda bıçaqlanma hadisəsi baş verib, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T10:25+0400
2022-10-04T10:25+0400
2023-11-28T16:27+0400
cəmiyyət
ismayıllı
ismayıllı rayonu
məktəb
şagird
https://cdnn1.img.sputnik.az/img/42105/16/421051636_0:375:2000:1500_1920x0_80_0_0_67693b15bcbadf9690e84b5f862f03b3.jpg
BAKI, 4 oktyabr — Sputnik. İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir. (Apa)Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagirdin döyülməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Hadisə paytaxtın 112 nömrəli tam orta məktəbində baş verib.Xatırladaq ki, bu ilin may ayının 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Bundan iki gün sonra isə buna bənzər hadisə 214 saylı məktəb şagirdinin başına gəlib. Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42105/16/421051636_0:0:2000:1500_1920x0_80_0_0_3de1c5a8c0c420d12b956f74011a3d25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ismayıllı, ismayıllı rayonu, məktəb, şagird
ismayıllı, ismayıllı rayonu, məktəb, şagird
İsmayıllıda şagird bıçaqlanıb
10:25 04.10.2022 (Yenilənib: 16:27 28.11.2023) İsmayıllıda bıçaqlanma hadisəsi baş verib, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
BAKI, 4 oktyabr — Sputnik. İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.
Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir. (Apa)
Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagirdin döyülməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Hadisə paytaxtın 112 nömrəli tam orta məktəbində baş verib.
Xatırladaq ki, bu ilin may ayının 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Bundan iki gün sonra isə buna bənzər hadisə 214 saylı məktəb şagirdinin başına gəlib. Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb.