Sintetik narkotiklər əvvəlcə insanın iradəsini, sonra da bədənini məhv edir - Mütəxəssis
© Depositphotos.com / AmixstudioŞpris və həblər, arxiv şəkli
© Depositphotos.com / Amixstudio
Abunə olmaq
Mütəxəssis deyir ki, laboratoriya şəraitində hazırlanan sintetik narkotiklər daha təhlükəlidir.
BAKI, 4 okt — Sputnik. "Əvvəlki illərdə geniş yayılan narkotiklər baha olduğundan demək olar ki, qara bazarda yoxdur. Hazırda istifadə olunan narkotiklər kimyəvi və sintetikdir. El arasında "patı", "şüşə" adlanan narkotiklər isə onların ən ucuzu və ən təhlükəlisidir. Bu narkotiklər bədəni çürüdür". Bunu Sputnik Azərbaycan-a açıqlamasında narkomaniyanın yayılması ilə mübarizə üzrə ekspert Emil Maqalov deyib.
O bildirib ki, sintetik narkotiklərdən asılı qalan narkomanların vəziyyəti ağırdır:
"Ümumiyyətlə pulları olmadığından onlar nəinki bədənlərinin çürüməsinə görə, heç narkotik asılılığından xilas olmaq üçün də mübarizə apara bilmirlər. Bu şəxslər daim nəsə axtarıb oğurlamağa çalışırlar ki, sonradan əldə etdikləri pula narkotik maddə ala bilsinlər. Onlar bunu etməzlərsə, əks halda böyük ağrıları başlayar, "lomka" vəziyyətinə düşərlər".
© AFP 2024 / ADEK BERRYPolis məmuru sintetik narkotik olan metilendioksimetamfetamini nümayiş etdirir, arxiv şəkli
Polis məmuru sintetik narkotik olan metilendioksimetamfetamini nümayiş etdirir, arxiv şəkli
© AFP 2024 / ADEK BERRY
Bəs narkotik qəbul etdikdə bədəndə çürümə necə baş verir?
Həmsöhbətimiz deyir ki, çox vaxt narkomanlar "kokos" adlandırdıqları narkotiki, yəni heroini "şüşə", "patı" ilə qarışdırıb birgə qəbul edirlər:
"Belə olan halda bədəndə yaralar əmələ gəlir, narkomanlar özlərindən asılı olmadan bu yaraları qaşıyıb çıxarırlar".
Bu narkotiklərin tərkibinin tam olaraq bəlli olmadığını deyən həmsöhbətimiz bildirir ki, bəzən çox qısa zamanda bu narkotiklər insanı məhv edir, bəzən də 3-6 ay ərzində bədənləri çürüyərək məhv olurlar.
Sintetik narkotiklərdən danışan Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, laboratoriya şəraitində hazırlandığı üçün bu maddələr çox təhlükəlidir:
"İnsnaları tez təslim etmək üçün bu maddələr laboratoriya şəraitində hazırlanıb. Nəticədə belə şəxslər həm də bədənlərinə fiziki olaraq böyük ziyan vururlar. Laboratotiya şəraitində hazırlanan bu narkotiklər qısa zamanda bütün bədəni çökdürür, immun sistemini məhv edir. Nəticədə mübadilə sistemi pozulur".
© Sputnik / Nigar IskanderovaAraz Manuçəri
Araz Manuçəri
© Sputnik / Nigar Iskanderova
Həmsöhbətimiz onu da qeyd edir ki, sintetik narkotikləri qəbul edən şəxslərdə xəstəliyin gedişatı, müalicə prosesi çox ağır olur:
"Belə şəxlsərin təxminən 40 faizi gələcəkdə çox ağır, xroniki psixi xəstəliklərdən - şizofreniyadan əziyyət çəkirlər".
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə narkotik istifadəçilərinin bədənlərində çürümələrin olması ilə bağlı videolar yayılıb.