https://sputnik.az/20221004/prezident-lham-eliyev-ve-birinci-xanim-mehriban-eliyeva-agdam-rayonuna-sefer-edibler-447057950.html
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər ediblər
Sputnik Azərbaycan
Dövlət başçısı və birinci xanım Ağdamın bir neçə kəndinin təməlqoyma mərasimində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər, Pənahəli Xanın... 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T18:04+0400
2022-10-04T18:04+0400
2022-10-04T18:13+0400
prezident ilham əliyev
siyasət
mehriban əliyeva
birinci xanım mehriban əliyeva
ağdam
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425543167_0:0:2001:1125_1920x0_80_0_0_230bb3dde1c1bbd600f335f8098f050b.jpg
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.Dövlət başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.Dövlət başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bundn əvvəl fevralın 13-də Ağdam rayonuna səfər ediblər. Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425543167_0:0:2001:1501_1920x0_80_0_0_c41aa93bf7ee42ff6307d676800c05cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, mehriban əliyeva, birinci xanım mehriban əliyeva, ağdam
prezident ilham əliyev, mehriban əliyeva, birinci xanım mehriban əliyeva, ağdam
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər ediblər
18:04 04.10.2022 (Yenilənib: 18:13 04.10.2022) Dövlət başçısı və birinci xanım Ağdamın bir neçə kəndinin təməlqoyma mərasimində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.
Dövlət başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.
Dövlət başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bundn əvvəl fevralın 13-də Ağdam rayonuna səfər ediblər. Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.