DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva və Vaşinqton əsirlərin mübadiləsi üzrə təmasları davam etdirir

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya və ABş bayraqları, arxiv şəkli
Rusiya və ABş bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Bu, xarici işlər orqanlarının xətti ilə deyil, daha çox xüsusi xidmət orqanlarının xətti ilə aparılır.
BAKI, 4 oktyabr — Sputnik. Moskva və Vaşinqton əsirlərin mübadiləsi üzrə təmasları davam etdirir, son beynəlxalq hadisələr prosesə təsir etməyib. Bu barədə RİA Novosti-yə diplomatik mənbə bildirib.
"İş gedir. Bu, xarici işlər orqanlarının xətti ilə deyil, daha çox xüsusi xidmət orqanlarının xətti ilə aparılır", - agentliyin həmsöhbəti referendumlardan sonra mümkün məhbus mübadiləsi ilə bağlı sualı cavablandırarkən deyib.
Sentyabr ayında - referendumlardan əvvəl - ABŞ Kreml və Ağ Ev arasında birbaşa təmaslar da daxil olmaqla müxtəlif kanallar vasitəsilə Rusiya ilə məhbus mübadiləsini işləməyə davam etdiyini və vətəndaşlarının geri qaytarılması üçün "çətin qərarlar" verməyə hazır olduğunu söyləyib. Razılaşma narkotik qaçaqmalçılığına görə 9 il həbs cəzasına məhkum edilmiş basketbolçu Britni Qriner və casusluq ittihamı ilə 16 il həbs cəzası almış Paul Uilanın vətənlərinə qayıtması ilə nəticələnməlidir.
Bunun müqabilində Rusiyaya nə təklif olunduğunu ABŞ rəsmiləri açıqlamırlar. KİV-in məlumatına görə, söhbət ABŞ-da amerikalıları öldürmək üçün sui-qəsd hazırladığına və terrora maddi dəstək verdiyinə görə məhkum olunmuş biznesmen Viktor Butun azadlığa buraxılmasından gedir. Rusiya onun günahsız olduğunu bildirir. KİV-in məlumatına görə, Kreml "ikiyə iki" pariteti düsturuna uyğun olaraq mübadilə aparmaq üçün başqa bir vətəndaşın azad edilməsini istəyib.
Rusiya tərəfi daha əvvəl bəyan etmişdi ki, ABŞ-la mübadilə dialoqu aparmağa hazırdır.
Xəbər lenti
0