https://sputnik.az/20221004/mektebde-bas-veren-olayla-bagli-tibbi-ekspertiza-teyin-olunub-447038672.html
Məktəbdə baş verən olayla bağlı tibbi ekspertiza təyin olunub
Məktəbdə baş verən olayla bağlı tibbi ekspertiza təyin olunub
Sputnik Azərbaycan
Məktəblilər valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T14:49+0400
2022-10-04T14:49+0400
2022-10-04T14:49+0400
məktəb
cəmiyyət
məlumat
döyülmə
https://cdnn1.img.sputnik.az/img/42354/54/423545442_0:146:3072:1874_1920x0_80_0_0_8500f20a6e27b0385fb108d4c1bf9719.jpg
BAKI, 4 oktyabr — Sputnik. Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır.Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.Qeyd olunub ki, məktəbin 9-cu sinif şagirdlərindən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib:"Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub".Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.Qeyd edək ki, bu gün sosial şəbəkədə 112 nömrəli orta məktəbdə bir şagirdin digər sinif yoldaşını döyməsini özündə əks etdirən video yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 112 nömrəli məktəbdə baş verən insidentlə bağlı açıqlama verib.Qurumdan bildirilib ki, hadisə 30 sentyabr tarixində tənəffüs zamanı baş verib.
https://sputnik.az/20221004/bakida-mektebde-sagird-doyulub-polis-arasdirmalara-baslayib-video-447027577.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42354/54/423545442_341:0:3072:2048_1920x0_80_0_0_84aef04bbf0fe432e437e3df29d95b7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, məlumat, döyülmə
Məktəbdə baş verən olayla bağlı tibbi ekspertiza təyin olunub
Məktəblilər valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb
BAKI, 4 oktyabr — Sputnik. Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, məktəbin 9-cu sinif şagirdlərindən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib:
"Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub".
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu gün sosial şəbəkədə 112 nömrəli orta məktəbdə bir şagirdin digər sinif yoldaşını döyməsini özündə əks etdirən video yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 112 nömrəli məktəbdə baş verən insidentlə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, hadisə 30 sentyabr tarixində tənəffüs zamanı baş verib.