https://sputnik.az/20221004/lham-eliyev-ve-seudiyye-erebistani-kralliginin-xarici-isler-naziri-neden-danisiblar-447037316.html
İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri nədən danışıblar?
İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri nədən danışıblar?
Sputnik Azərbaycan
Prezident İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T13:52+0400
2022-10-04T13:52+0400
2022-10-04T13:52+0400
prezident ilham əliyev
siyasət
səudiyyə ərəbistanı
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447037076_0:54:1960:1157_1920x0_80_0_0_502609855a8d309072bc89e8ad337d01.jpg
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib.Qonağı salamlayan Prezident İlham Əliyev onun səfərinin məhsuldar olacağına əminliyini bildirib. Nazir Feysal bin Fərhan Al Səud isə onu qəbul etmək üçün vaxt ayırdığına görə Azərbaycan Prezidentinə təşəkkür edib."Azərbaycanda səfərdə olmaq böyük şərəfdir və Zati-alinizlə görüşmək böyük məmnuniyyət doğurur. İcazə verin, İki Müqəddəs Ocağın Xadimi, Kral Əlahəzrətin və Vəliəhdin Sizə və Azərbaycan xalqına səmimi salamlarını çatdırım. Bizi bu səhər qəbul etdiyiniz üçün bir daha sağ olun", - Feysal bin Fərhan Al Səud deyib.Prezident İlham Əliyev onun salamlarını Kral Əlahəzrətə və Vəliəhdə çatdırmağı xahiş edib. "Mənim qardaş ölkənizə səfərim, Kral Əlahəzrəti və Vəliəhdlə müzakirələr aparmağımla bağlı çox yaxşı xatirələrim var. Əminəm ki, sizin səfəriniz artıq mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərimizin daha da inkişafında çox vacib rol oynayacaq. Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq", - İ.Əliyev deyib. Prezident qeyd edib ki, indi torpaqları işğaldan azad etdikdən sonra Azərbaycan irimiqyaslı yenidənqurma proqramı həyata keçirir və qardaş ölkələrin şirkətlərini tərəfdaşı olaraq görmək istəyir: "Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi.Yəni, əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb. Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər.Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətlərimizin daha bir vacib hissəsidir. Biz BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərilən dəstəyə görə minnətdarıq. Biz bu təsisatlarda uğurla əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz zamanı həmkarlarınızla məsləhətləşmələr çərçivəsində əlaqələrimizi daha da gücləndirmək üçün hansı istiqamətdə irəli gedəcəyimiz müəyyən ediləcək. Bir daha xoş gəlmisiniz".Nazir Feysal bin Fərhan Al Səud da öz növbəsində prezidentə təşəkkür edərək deyib: "Həqiqətən də ölkələrimiz arasında dostluq münasibətləri olduqca güclüdür və biz qardaşıq. Biz onilliklər ərzində yaxından əməkdaşlıq etmişik və bir-birimizin yanında olmuşuq. Bu, ölkəmizin rəhbərliyinin mövqeyidir.Zati-aliləri, mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq. Çünki siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur.Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Zati-aliləri, son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb. Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447037076_417:0:1960:1157_1920x0_80_0_0_456dac9db202f21af3ab09c3ec52b54c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, səudiyyə ərəbistanı
prezident ilham əliyev, səudiyyə ərəbistanı
İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri nədən danışıblar?
Prezident İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib.
Qonağı salamlayan Prezident İlham Əliyev onun səfərinin məhsuldar olacağına əminliyini bildirib.
Nazir Feysal bin Fərhan Al Səud isə onu qəbul etmək üçün vaxt ayırdığına görə Azərbaycan Prezidentinə təşəkkür edib.
"Azərbaycanda səfərdə olmaq böyük şərəfdir və Zati-alinizlə görüşmək böyük məmnuniyyət doğurur. İcazə verin, İki Müqəddəs Ocağın Xadimi, Kral Əlahəzrətin və Vəliəhdin Sizə və Azərbaycan xalqına səmimi salamlarını çatdırım. Bizi bu səhər qəbul etdiyiniz üçün bir daha sağ olun", - Feysal bin Fərhan Al Səud deyib.
Prezident İlham Əliyev onun salamlarını Kral Əlahəzrətə və Vəliəhdə çatdırmağı xahiş edib.
"Mənim qardaş ölkənizə səfərim, Kral Əlahəzrəti və Vəliəhdlə müzakirələr aparmağımla bağlı çox yaxşı xatirələrim var. Əminəm ki, sizin səfəriniz artıq mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərimizin daha da inkişafında çox vacib rol oynayacaq. Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq", - İ.Əliyev deyib.
Prezident qeyd edib ki, indi torpaqları işğaldan azad etdikdən sonra Azərbaycan irimiqyaslı yenidənqurma proqramı həyata keçirir və qardaş ölkələrin şirkətlərini tərəfdaşı olaraq görmək istəyir:
"Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi.
Yəni, əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb. Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətlərimizin daha bir vacib hissəsidir. Biz BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərilən dəstəyə görə minnətdarıq. Biz bu təsisatlarda uğurla əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz zamanı həmkarlarınızla məsləhətləşmələr çərçivəsində əlaqələrimizi daha da gücləndirmək üçün hansı istiqamətdə irəli gedəcəyimiz müəyyən ediləcək. Bir daha xoş gəlmisiniz".
Nazir Feysal bin Fərhan Al Səud da öz növbəsində prezidentə təşəkkür edərək deyib:
"Həqiqətən də ölkələrimiz arasında dostluq münasibətləri olduqca güclüdür və biz qardaşıq. Biz onilliklər ərzində yaxından əməkdaşlıq etmişik və bir-birimizin yanında olmuşuq. Bu, ölkəmizin rəhbərliyinin mövqeyidir.
Zati-aliləri, mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq. Çünki siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur.
Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Zati-aliləri, son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb. Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var".