Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub, Ordumuz cavab verib

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
BAKI, 4 oktyabr — Sputnik. Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
"Bildiririk ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında deyilir.
Xatırladaq ki, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar.
Xəbər lenti
0