https://sputnik.az/20221004/gence-ilk-defe-vurulanda-433846259.html
Gəncə ilk dəfə vurulanda...
Gəncə ilk dəfə vurulanda...
Sputnik Azərbaycan
2020-ci il sentyabrın 27-dən oktyabrın 4-dək Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif... 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T08:36+0400
2022-10-04T08:36+0400
2022-10-04T08:36+0400
cəmiyyət
tarixdə bu gün
gəncə
raket hücumu
ölüm
raket
xəsarət alanlar
payızın 44 anı
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425153526_0:0:3079:1731_1920x0_80_0_0_fd2258a06faedc263199535494d587ef.jpg
BAKI, 4 oktyabr - Sputnik. İkinci Qarabağ müharibəsinin başlamasından 8 gün ötürdü. Düşmən cəbhəboyu yaşayış məntəqələrini aramsız atəşə tuturdu. 2020-ci il oktyabrın 4-də, səhər 11 radələrində Azərbaycan Müdafiə Nazirliyi təmas xəttindən kilometrlərlə aralı yerləşən Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu barədə məlumat yaydı.Bundan bir neçə dəqiqə sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atıldığını bəyan etdi. "Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub. Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılıb. Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar var.Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılıb. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir.Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir.Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir.Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur.Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirilir.Azərbaycan Respublikası silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür", - Hikmət Hacıyev vurğulayıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) həmin gün, 13 radələrinə aid məlumatında deyilir: "Bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb. İlkin məlumata əsasən, əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".Saat 15 radələrində isə Sputnik Azərbaycan-ın bölgə müxbiri Gəncədən son məlumatları çatdırdı: Raket zərbələri nəticəsində 1 mülki şəxs həlak olub, daha 4 nəfər yaralanıb. Şəhərə, mülki obyektlərə və tarixi binalara böyük ziyan dəyib. Şəhərin atəşə tutulması davam edirdi və artıq gecə saatlarında yaralananların sayı 32-yə çatdı.
https://sputnik.az/20201004/ikinci-boyuk-sheherimiz-raket-zerbelerine-meruz-qalib-video-425107587.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425153526_33:0:2764:2048_1920x0_80_0_0_e0001d92b990680a14da3141e0d9abba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarixdə bu gün , gəncə, raket hücumu, ölüm, raket, xəsarət alanlar, payızın 44 anı, vətən müharibəsi
tarixdə bu gün , gəncə, raket hücumu, ölüm, raket, xəsarət alanlar, payızın 44 anı, vətən müharibəsi
Gəncə ilk dəfə vurulanda...
2020-ci il sentyabrın 27-dən oktyabrın 4-dək Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmış, 500-dən çox fərdi yaşayış evi tam dağılmiş və ya ciddi ziyan görmüşdü.
BAKI, 4 oktyabr - Sputnik. İkinci Qarabağ müharibəsinin başlamasından 8 gün ötürdü. Düşmən cəbhəboyu yaşayış məntəqələrini aramsız atəşə tuturdu. 2020-ci il oktyabrın 4-də, səhər 11 radələrində Azərbaycan Müdafiə Nazirliyi təmas xəttindən kilometrlərlə aralı yerləşən Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu barədə məlumat yaydı.
Bundan bir neçə dəqiqə sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atıldığını bəyan etdi.
"Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub. Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılıb. Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar var.
Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılıb. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.
Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir.
Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir.
Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir.
Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur.
Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirilir.
Azərbaycan Respublikası silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür", - Hikmət Hacıyev vurğulayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) həmin gün, 13 radələrinə aid məlumatında deyilir:
"Bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb. İlkin məlumata əsasən, əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".
Saat 15 radələrində isə Sputnik Azərbaycan-ın bölgə müxbiri Gəncədən son məlumatları çatdırdı: Raket zərbələri nəticəsində 1 mülki şəxs həlak olub, daha 4 nəfər yaralanıb. Şəhərə, mülki obyektlərə və tarixi binalara böyük ziyan dəyib. Şəhərin atəşə tutulması davam edirdi və artıq gecə saatlarında yaralananların sayı 32-yə çatdı.