Edillidə kütləvi məzarlıq: geyimlər skeletlərin hərbçilərə aid olduğunu göstərir - VİDEO
14:11 04.10.2022 (Yenilənib: 15:16 04.10.2022)
© Sputnik / Shahperi AbbasovaEdillidə daha bir kütləvi məzarlıq
© Sputnik / Shahperi Abbasova
Abunə olmaq
Kütləvi məzarlığa gömülmüş şəxslərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
BAKI, 4 oktyabr - Sputnik. Birinci Qarabağ müharibəsi zamanı – 1990-92-ci illərdə və ondan sonrakı illərdə də bizim 4 minə yaxın vətəndaşımız əsir, girov götürülüb və itkin düşüb. Yəqin ki, onların hamısı erməni qəsbkarları tərəfindən qətlə yetirilib.
Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Xocavəndin Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı danışarkən deyib.
O qeyd edib ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra şahid ifadələri əsasında və ya qazıntı, təmir-tikinti işləri aparılarkən təsadüfən belə sümük qalıqlarına rast gəlinir:
“Sonra bu qalıqları müəyyən sxem üzrə proqramla araşdırıb ekshumasiya edib çıxarırıq. İlk dövrlərdə bu işlər kortəbii şəkildə aparıldı. Ərazi buldozerlərlə qazıldı və sonradan məhkəmə-tibbi müayinəsi və son nəticədə genetik ekspertizası çətin oldu. Bununla əlaqədar olaraq dövlət tərəfindən müəyyən göstərişlər verildi və qaydalar tətbiq edildi. Ondan sonra işimizi bu qaydalar çərçivəsində aparmağa başladıq".
Həsənov qeyd edib ki, Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar. Hazırda burada qazıntı işləri davam etdirilir. Bütün qalıqlar səliqə ilə xüsusi qablara yığılaraq götürülür və hər biri ayrı-ayrılıqda ekspertizaya cəlb ediləcək:
“Hər bir qalıq nömrələnəcək, cinsi, yaşı, boyu, ölüm səbəbi, ölümün müddəti, ölümün mexanizmi müəyyən ediləcək. Daha sonra genetik ekspertiza aparılacaq və genetik profil çıxarılacaq. İtkin düşmüş şəxslərin yaxın adamlarından 3 nəfərdən genetik nümunələr götürülərək kimliyi dəqiqləşdiriləcək. Bu günə qədər ümumilikdə 25 nəfərin qalıqları tapılıb”.
***
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova Edillidə kütləvi məzarlıqlarla bağlı üç sahənin aşkarlandığını qeyd edib.
O bildirib ki, meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir:
“Meyit qalıqlarının başları sağa-sola, önə doğru əyilmiş vəziyyətdədir. Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraq və ulduz təsvirləri qeyd olunub”.
Hüseynovanın sözlərinə görə, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək. Daha dəqiq müayinələrə orada davam etdiriləcək.
***
Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbiri məlumat verib. Qeyd olunur ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.
Məzarlıqdakı qəbirlərin birinci Qarabağ müharibəsi dönəmində həmin kənddə ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərə məxsus olduğu bildirilirdi. Məzarlıq Azərbaycan Respublikasi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.
Cari ilin mart ayının sonunda isə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib. Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilib.
Cari ilin mart ayının sonunda isə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilib. Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilib.
Eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməmiş, müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılmışdır. Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir. Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verib.