https://sputnik.az/20221004/dovlet-komitesi-sagird-mektebe-dalasmaga-yox-tehsil-almaga-getmelidir-447058307.html
Dövlət Komitəsi: "Şagird məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir"
Dövlət Komitəsi: "Şagird məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir"
Sputnik Azərbaycan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı məktəbindəki zorakılıq faktı ilə bağlı valideynlərə müraciət edib. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T18:20+0400
2022-10-04T18:20+0400
2022-10-04T18:20+0400
cəmiyyət
məktəb
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690946_0:265:2048:1417_1920x0_80_0_0_83a0483dfcac80ffc8f8b08ae3e17736.jpg
BAKI, 4 sentyabr - Sputnik. Təhsil ocağında "bullinq" hadisəsinin baş verməsi təəssüf və təəccüb doğurur. Çünkü, şagird evdən çıxıb məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir.Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı müraciətdə bildirilir. Qeyd olunur ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq etməsini əks etdirən videogörüntü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər.Məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək."Əziz valideynlər, övladlarınıza başqalarına qayğı və diqqət göstərməyi aşılayın!", - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciətində bildirilir.
https://sputnik.az/20221004/zorakiligin-bas-verdiyi-mektebde-qanun-pozuntulari-askarlanib-447051492.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690946_0:73:2048:1609_1920x0_80_0_0_1ca694ce8a8e180188341778f1971d38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
məktəb, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Dövlət Komitəsi: "Şagird məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı məktəbindəki zorakılıq faktı ilə bağlı valideynlərə müraciət edib.
BAKI, 4 sentyabr - Sputnik. Təhsil ocağında "bullinq" hadisəsinin baş verməsi təəssüf və təəccüb doğurur. Çünkü, şagird evdən çıxıb məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı müraciətdə bildirilir.
Qeyd olunur ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq etməsini əks etdirən videogörüntü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər.
Məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.
"Əziz valideynlər, övladlarınıza başqalarına qayğı və diqqət göstərməyi aşılayın!", - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciətində bildirilir.