https://sputnik.az/20221004/bakida-mektebli-sosial-sebekede-meshurlasmaq-ucun-narkotik-variantina-el-atdi-447057164.html
Bakıda məktəbli sosial şəbəkədə məşhurlaşmaq üçün "narkotik" variantına əl atdı
Bakıda məktəbli sosial şəbəkədə məşhurlaşmaq üçün "narkotik" variantına əl atdı
Sputnik Azərbaycan
Şagird konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T19:03+0400
2022-10-04T19:03+0400
2022-10-04T19:03+0400
narkotik
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40875/71/408757114_0:164:3059:1884_1920x0_80_0_0_f3ff30686c50eb0ebb74b117c3df9f68.jpg
BAKI, 4 oktyabr — Sputnik. Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib: "Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktik söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.Daha sonra guya "narkotik"in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb"."Sonda valideynlərdən sosial şəbəkələrdə və "whatsapp" qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik", - deyə o bildirib.Qeyd edək ki, bu gün sosial şəbəkələrdə məktəblilərə içində narkotik olduğu iddia edilən konfet paylanılması ilə bağlı məlumat paylaşılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40875/71/408757114_163:0:2894:2048_1920x0_80_0_0_a070da9c263dba58a1c194c6cb69f8dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik
Bakıda məktəbli sosial şəbəkədə məşhurlaşmaq üçün "narkotik" variantına əl atdı
Şagird konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.
BAKI, 4 oktyabr — Sputnik. Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib: "Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktik söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.
Daha sonra guya "narkotik"in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb".
"Sonda valideynlərdən sosial şəbəkələrdə və "whatsapp" qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik", - deyə o bildirib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə məktəblilərə içində narkotik olduğu iddia edilən konfet paylanılması ilə bağlı məlumat paylaşılıb.