https://sputnik.az/20221004/azerbaycanda-ne-qeder-usaq-insan-alverinin-qurbani-olub-447029973.html
Azərbaycanda nə qədər uşaq insan alverinin qurbanı olub?
Azərbaycanda nə qədər uşaq insan alverinin qurbanı olub?
Sputnik Azərbaycan
Son 17 ildə ölkəmizdə iki mindən artıq insan alveri və məcburi əməklə bağlı cinayət qeydə alınıb. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T11:44+0400
2022-10-04T11:44+0400
2022-10-04T11:44+0400
uşaq
cəmiyyət
insan alverinə qarşı mübarizə idarəsinin şöbə müdiri
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_901:715:3071:1936_1920x0_80_0_0_682cac8d4939daccf3b0d4d0f692e2cc.jpg
BAKI, 4 oktyabr — Sputnik.17 il ərzində 2098 insan alveri və məcburi əməklə bağlı cinayət faktı qeydə alınıb.Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi masada deyib.O bildirib ki, baş verən hadisələrlə əlaqədar 617 nəfər cinayət məsuliyyətinə cəlb edilib.Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Seymur Qarayev isə bildirib ki, son iki ildə 2 uşaq insan alverinin qurbanı olub. O qeyd edib ki, 2020-2021-ci illərdə müəyyən edilən 189 insan alveri qurbanından 184-ü qadın, 5-i kişi, o cümlədən 2-si uşaqdır.S.Qarayev deyib ki, həmin dövr ərzində insan alveri qurbanlarından 1-i əcnəbi, yəni Rusiya vətəndaşı, 188-i isə Azərbaycan vətəndaşı olub:"Qurbanların hər birinə 700 manat məbləğində birdəfəlik müavinət ödənilib, tibbi, psixoloji, hüquqi yardımlar göstərilib va sosial xidmətlərlə əhatə olunması məqsədilə aidiyyəti üzrə yönləndirilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_1062:541:3071:2048_1920x0_80_0_0_b488914d6871c65de7478ca74298ce62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, insan alverinə qarşı mübarizə idarəsinin şöbə müdiri
uşaq, insan alverinə qarşı mübarizə idarəsinin şöbə müdiri
Azərbaycanda nə qədər uşaq insan alverinin qurbanı olub?
Son 17 ildə ölkəmizdə iki mindən artıq insan alveri və məcburi əməklə bağlı cinayət qeydə alınıb.
BAKI, 4 oktyabr — Sputnik.17 il ərzində 2098 insan alveri və məcburi əməklə bağlı cinayət faktı qeydə alınıb.
Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı təşkil olunan dəyirmi masada deyib.
O bildirib ki, baş verən hadisələrlə əlaqədar 617 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Seymur Qarayev isə bildirib ki, son iki ildə 2 uşaq insan alverinin qurbanı olub. O qeyd edib ki, 2020-2021-ci illərdə müəyyən edilən 189 insan alveri qurbanından 184-ü qadın, 5-i kişi, o cümlədən 2-si uşaqdır.
S.Qarayev deyib ki, həmin dövr ərzində insan alveri qurbanlarından 1-i əcnəbi, yəni Rusiya vətəndaşı, 188-i isə Azərbaycan vətəndaşı olub:
"Qurbanların hər birinə 700 manat məbləğində birdəfəlik müavinət ödənilib, tibbi, psixoloji, hüquqi yardımlar göstərilib va sosial xidmətlərlə əhatə olunması məqsədilə aidiyyəti üzrə yönləndirilib".